Acısız bibər turşusu (RESEPT)

Payızın və qış aylarının əvəzolunmazı olan turşulardan ən üstün  tutulanı acı bibər  turşusu, immunitet sisteminizi gücləndirən ən güclü probiotikdir. Bir çox yeməklərin  yanında üstünlük verilən bibər turşusunu acılı və acısız reseptini tövsiyə edirik. Acılı bibər turşusu üçün qırmızı acı bibər əlavə edərək hazırlaya bilərsiniz. Agroexpert.az hazırlanması çox asan olan acısız bibər turşusunun hazırlanma qaydasını təqdim edir.

acısız turşu
Tərkibi:
  • 500 qram yaşıl acı bibər
  • 5-6 diş sarımsaq
  • 1/2 stəkan üzüm sirkəsi
  • 1 xörək qaşığı noxud
  • 3 stəkan su
  • 1-2 budaq cəfəri
Hazırlanma qaydası:

İlk öncə bibərləri yaxşıca yuyun, saplaqlarını kəsin və orta hissəsini  bıçaq köməyilə deşin. Bankaya əvvəl noxudları əlavə edin. Üzərinə bibərləri yaxşıca sıxın və basın, aralarında boşluq qalmamalıdır. Başqa bir qabda isti su və duzu qarışdırın, isti halda bankaya boşaldın. Daha sonra cəfəriləri əlavə edin və qapağını bağlayın. Sərin bir yerdə ən az 7 gün gözlədin. Acısız bibər turşunuz hazırdır. Acılı istəsəniz qırmızı acı bibər əlavə edin.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107