Ağ İngilis bildirçin cinsi
Ağ İngilis bildirçin cinsinin erkəklərinin diri çəkisi 160-180 qr, dişilərinin çəkisi 140-160 qr olmaqla, yumurta məhsuldarlığı 280 ədədə qədərdir. Yumurtanın çəkisi 10-11 qr-dır.
İstehsal olunan yumurtanın ümumi kütləsi quşların diri çəkisi ilə müqayisədə 20 dəfə çoxdur.
Quşlarda yetişkənlik dövü 40 gündən başlayır. Bildirçin quşlar üçün məhsuldarlıq dövrü 120 günlük yaşa qədərdir. Yumurtalama ilk 5 gündə 4%, sonrakı günlərdə 65 günə kimi məhsuldarlıq 72,6%-ə çatır. İlk günlər yumurtaların çəkisi 4-6 qr olur, sonralar isə çəki 10,78 qr-a qədər artır.
Qeyd olunan cinslər Azərbaycan Dövlət Aqrar Univer-sitetinin (ADAU-nun) ”BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKÜLTƏSİ” də, 2011-ci ildən fəaliyyət göstərən Vivarium təcrübə məkəzində yetişdirilir. Azərbaycanda ilk dəfə olaraq yerli şəraitə uyğun bildirçin xətti yaradılmışdır. “Vivarium” təcrübə mərkəzində saxlanılan quşlar və bildirçinlərin bioloji təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi ilə əlaqədar olaraq doktorantlar Kərimov Azər, Məmmədov Ramin və Zeynalova Zəhra elmi tədqiqat işləri aparırlar.