Ağ istiot nədir? Faydaları və istifadəsi

Ağ istiot, rəngsiz və özünəməxsus ətiri ilə qida istehsalında və mətbəxlərdə gün keçdikcə daha çox üstünlük verilir. Rəngsiz dadlandırıcı olan bu ədviyyat ərzaqların rəngində hər hansı bir dəyişikliyə səbəb olmadan xoş ətir və dad verir. Agroexpert.az ağ istiot haqqında məlumatı təqdim edir.

ağ istiot

Ağ istiotun bitkisi qara istiot ilə eynidir. Qara istiot yetişməmiş yığılır, ağ istiot isə qara istiotun çox daha yetişmiş halıdır. Dənələr toplandıqdan və müəyyən bir müddət dəniz suyunda saxlanıldıqdan sonra qabığını soyaraq və iç qismi qurudularaq ağ istiot əldə edilir. Ağ istiotun dadı qara istiota görə daha yüngüldür. Ədviyyat bazarda dənə və ya üyüdülmüş toz halında satılır. 1 çay qaşığı ağ istiot 5 kaloridir. Yeməklərə verdiyi özünə məxsus ətiri, səhiyyə sahəsindəki faydaları və ətir, sabun kimi bəzi kosmetik məhsulların tərkibində yer alması ilə ön plandadır.

Ağ istiotun faydaları nələrdir?

Gündəlik bir neçə qram istifadəsində afrodizyak təsiri yaradır. Bununla yanaşı həzmi asanlaşdırır və mədə xəstəliklərinə yaxşı təsir edən bir ədviyyatdır. Həmçinin qan dövranını sürətləndirir və damar sərtliyi xəstəliyinə qarşı da faydalıdır. Yağ yandırmağa köməkçidir. Köpün dərmanıdır və orqanizmdən şişin çəkilməsinə köməkçi olur. Eyni istiotda olduğu kimi, intensiv C vitamini daşıdığından zökəm, soyuqdəymə və qripin əks təsirlərinin aradan qaldırılması üçün də istifadə edilir. İştah açıcıdır. Antioksidant və antibakterial xüsusiyyətə malik olması ilə yanaşı, fosfor, kalsium və dəmir baxımından olduqca zəngin bir ədviyyatdır.

Ağ istiot necə istifadə olunur?

ag istiot tozu

Demək olar ki, hər bir tərəvəz yeməyində, qırmızı ət, toyuq və balıq yeməklərində istifadəyə uyğundur. Açıq rəngli oldu üçün xüsusilə balıq yeməklərində, yeməyin rəngini dəyişmədiyinə görə dəniz duzu ilə qarışdırılaraq rahatlıqla istifadə edilə bilər. Ağ istiotun, rozmarin (biberiyə) və kəklikotu kimi ətirli başqa ədviyyatlarla qarışdıraraq əldə edilən müxtəlif çeşidlərlə ət yeməkləri marina edilə bilər. Seçimə görə plov üçün də uyğundur. Eyni istiot kimi, həm bişirmə zamanı həm də bişəndən sonra yeməklərə əlavə olunur. Rənginə görə xüsusilə ağ və ya açıq rəngli yemək və salat sousuna xüsusilə üstünlük verilir. Həmçinin məhsulun rəngini qaraltmadığı üçün kolbasa və sosiska kimi ət qəlyanaltısı məhsullarında da istifadə edilir.

Ağ istiot harada bitir?

Bu həssas ədviyyatın istehsalının böyük bir hissəsi Asiya və Latın Amerika qitəsində baş verir. Daha çox Meksika, Qərbi Hindistan, Vyetnam və Malayziyada yetişməklə yanaşı, istifadəsi bu gün ölkəmizdə də xeyli genişlənib.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика