Akvariumda balıq saxlayanların diqqətinə…

Akvariumda balıq yetişdirmək bir çox insanın hobbisinə çevrilib. Bu hobbi nəticəsində insanların çox xərc çəkdiyini qeyd etmək lazımdır. Bir akvarium və onun təchizatlarını eldə etmək həm səbir, həm də müəyyən bir büdcə tələb edir. Ancaq akvariumun şərtlərinə bir dəfə əməl etdikdən sonar hər şey öz qaydasına düşəcək və daha rahat olacaq. Akvariumlarda saxlanıla biləcək bir çox balıq növü var, lakin hər bir akvariumda da hər balıq yaşaya bilməz.

akvariumda balıq saxlaamq agroexpert.az

Duzlu balıqlar üçün xüsusi bir dəniz akvariumu yaratmaq lazımdır. Mərcanlar, süngərlər və digər onurğasızlar üçün ayrı bir akvarium şəraiti yaratmaq lazımdır. Akvariumda balıq bəsləmək istəyən insanlar əvvəlcə müəyyən bir səbir göstərməlidirlər. Akvariumda tez bir zamanda əldə etdikləri balıqları görmək istəyən insanlar səmərəli nəticə əldə etməyəcəklər.

Bu məqaləmizdə akvariumda balıq bəsləmək istəyənlərin diqqət etməli olduğu amillərdən danışacağıq.
  • Akvarium filtri avadanlıqları keyfiyyətli olmalıdır və əksiksiz, tam alınmalıdır.
  • Akvariumda içində olmalı olan bakteriyalar, qumlar, bitkilər və süngərlər akvariumda balıqlar yaşamağa başlamazdan əvvəl qoyulmalıdır.

Balıqların duz ehtiyacını tarazlaşdırmaq üçün, saxladığınız balıq növlərinin ehtiyacı və təbii yaşayış yerləri araşdırılmalıdır. Yalnız bu araşdırmalara uyğun olaraq akvarium duzu balanslaşdırılmalıdır.

Bütün balıqlar birlikdə yaşaya bilməzlər, buna görə birdən çox balıqla məşğul olmaq istəyənlər balıq növlərini yaxşıca araşdırmalıdırlar.

Balıqların qidalanma rejimləri ciddi şəkildə araşdırılmalı və nəzərə alınmalıdır. Unutmamaq lazımdır ki, çox bəslənən balıqlar zəhərlənirlər və onların ölümü ilə nəticələnə bilər.

Akvarium həyatına hansı balıqlar daha asanlıqla uyğunlaşır?

Bir çox balıq növləri akvariumdakı yaşayış şəraitinə uyğunlaşa bilmirlər. Damsel,  tangler, goby kimi balıq növləri akvarium hobbisinə yeni başlamış və bu mövzuda çox fərq qoymayanlar üçün uyğun seçim olacaqdır. Bu balıqlar akvarium şəraitinə daha tez və daha asan uyğunlaşacaqlar.

Balıq yemləməsi necə olmalıdır?

Balıqları bəsləmək asan görünsə də, əslində bir qədər zəriflik tələb edən bir işdir. Balıqları bəsləyərkən nəzərə alınmalı olan bəzi məqamlar var. Həmin məqamlar bunlardır:

Balıq qidası akvariumun sadəcə  bir hissəsinə səpilməməlidir. Yemlərin akvariumda homojen bir şəkildə paylandığına diqqət yetirməlisiniz.

Bir çox balıq növləri üçün gündə iki dəfə qidalanmaq kifayətdir, lakin bəzi balıq növləri üçün fərqli ola bilər.

Palet yemi adlanan yemlər, balıqlara verilməzdən əvvəl müəyyən müddət isladılmalıdır.

Akvariumdakı yemlər balıq tərəfindən tam yeyilmədikdə, müəyyən müddətdən sonra parçalanmadan akvariumdan götürülməlidir. Əks təqdirdə, akvariumun ammiak səviyyəsi çox tez artacaq ki, bu da balıqlarınızın həyatı üçün təhlükəlidir.

Ammiak – Azot ilə hidrogen birləşməsindən əmələ gələn kəskin qoxulu rəngsiz qazdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107