Alçanın turşusu və mürəbbəsi necə hazırlanır

Ötən məqaləmizdə sizlərə alçanın faydaları və özü haqqında bir sıra məlumat təqdim etmişdik. Bugün isə sizlərə alça turşusunun və mürəbbəsinin hazırlanma qaydalarından bəsh edəcəyik.

Alça turşusu

Sarı, yetişmiş alçaları yuyun, aşsüzənə yığın, suyunu süzün. Quruyandan sonra şirli ləyənə yığın. Əlinizlə əzin (bu ondan ötrü lazımdır ki, azca suyu çıxsın və bişirəndə dibi yanmasın).
Sonra vam ocağın üstünə qoyun, taxta qaşıqla durmadan qarışdırın. Dənələri lətindən tam ayrılanda ocaqdan götürün.
Soyuyandan sonra aşsüzən və ya ələkdən keçirin, qabığı və dənələrindən tam ayırın. Azacıq duz da vura bilərsiniz.
(Turşunu bu halında pasterizə edilmiş bankalara yığıb bağlaya bilərsiniz, o zaman tomat pastası kimi alınacaq).
Bir qədər kərə yağını tavaya qoyun. Ocağın üstündə ağ tüstüsü çıxanadək qızdırın.
Sonra bunu hamar taxta, yaxud kartonun üzərinə çəkin. Alça püresini 0,5 sm qalınlıqda onun üstünə yaxın.
Yağı ona görə çəkirlər ki, quruyandan sonra lavaşana rahat çıxsın və cırılmasın.
Bunu günəşin qabağına qoyun. 2-3 günə quruyacaq. Qıraqlarını bıçaqla qaldırıb ehtiyatla çıxarın. Lavaş kimi bükün.

Alça lavaşı qida ilə yеyilir. O, həmçinin tonuslaşdırıcı və müalicəvi vasitədir və xüsusilə sinqaya qarşı təsirə malikdir.

alça mürəbbəsi agroexpet.az
Alça mürəbbəsi:

Mürəbbə bişirmək üçün iri bağ alçası sortları götürülür.

Alçanın qabığı soyulur. 1,5-2,0 saat müddətində əhəng suyunda saxlanılır, təmiz yuyulur və bir neçə yerdən deşdəklənir. Beləliklə, hazırlanmış alçanın üzərinə şəkər şərbəti tökülüb 6-8 saat saxlanılır. Mürəbbəni arada 8 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirirlər. 1 kq təmizlənmiş alçaya 1,1kq şəkər və 1 stəkan su sərf edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика