Alt text və Title text nədir?

SEO nöqteyi-nəzərdən saytda məqalə yerləşdirərkən bir çox faktorlar vacibdir. Adətən məqalə yazanlar taq və məzmuna çox fikir verir, şəkillərlə bağlı isə müəyyən nüansları göz ardı edirlər. Mən bir saytımızı seo analiz edərkən bəzi şəkillərdə alt text istifadə olunmamasını xəta kimi göstərirdi.

Nədir bu alt text və title text?

alt text bele gorsenir

Qısaca cavab verəcəm:

Alt text şəkil brovserdə açılmayanda onun yerində göstərilən yazıdır. Adından da görünür, alternate text-alternativ mətn.

 

title image

Title text isə, məqalədəki şəklin üzərinə mouse ilə gəldikdə açılan popup məlumatdır. Burda əlavə mətn göstərə bilərsiniz.

 

 

Şəkilin alt text vəya title text-in dəyişmək üçün şəkli əlavə edərkən vəya şəkli edit edərək aşağıdakı atributlardan istifadə edilir. adding-alt-text-wordpress1

Yaxşı alt text üçün bir misal göstərək. 

Normal: Aşağıdakı şəkilin alt textini “Baliqlarin adları” qoysaq normaldır.

<img src=”baliq_adlari.png” alt=”baliq adlari”>

Yaxşı: Alt texti “Baliqlarin azerbaycan dilinde adlari ve rusca qarsiligi”

<img src=”baliq_adlari.png” alt=”Baliqlarin azerbaycan ve rus dilinde adlari”>

Tövsiyyə olunmur: <img src=”baliq_adlari.png” alt=” “>

vəya <img src=”baliq_adlari.png” alt=”Baliqlarin azerbaycan ve rus dilinde adlari, biri var idi biri yoxidi, məlikməmməd nağılı lazım deyil burda”>

baliqlarin azerbaycan dilinde adlari ve rusca qarsiliqlari

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика