Alternativ enerji artıq pulsuzdur

alternativ enerji agroexpert_kulek_turbiniBelə başlıqlardan xoşum gəlməsə də önəmli bir nöqtəyə diqqət cəlb eləmək istədim. Almaniyada (başqa ölkələrdə də) alternativ enerji nəinki pulsuz verilir, bəzən buna görə əhaliyə pul da ödənilir. Bəli-bəli düz oxudunuz,

dövlətdən elektrik enerjisi əldə edirsiniz, üstəlik hər istifadə etdiyiniz megavat-saata görə 50 evro alırsınız.

Yadımdadır, Rusiya Gürcüstan müharibəsində Avropa ilə arası dəyəndə, onları qaz şantajı eləmişdi. O vaxtdan avropalılar da əhd elədilər ki, enerji asılılığını azaltsınlar. Buna da alternativ enerji hesabına müvəffəq oldular. Xüsusilə qeyd edək ki, Almaniyada qurulmuş külək turbinlərinin əsas mühəndislərindən biri azərbaycan balasıdır.

Alternativ enerjidə əsas problem elektrik enerjisinin yığılıb saxlanmasıdır. (akkumiliyasiya).

Akkumuliyatorlar bahalıdır və çox enerji yığa bilmir. Böyük bir dənə beləsi var dünyada, İlon Mask tərəfindən Avstraliyada qurulub-Powerpack.

İndi Almaniyada güclü külək enerjisi şəbəkəsi qurulub. Ölkənin 12% elektrik enerjisini külək turbinləri isthesal edir. Bu həm də ətraf mühit mühafizəsi deməkdir. Bəzən külək güclü olanda əmələ gələn artıq enerjini yığmaq mümkün olmur, cihazları isə söndürüb yandırmaq əvəzinə əhaliyə xahiş-minnətlə pulsuz verirlər. Çilidə də bir-neçə ay elektrik enerjisi pulsuz olmuşdu (günəşli keçən günlərin hesabına). Eyni vəziyyət  ara-sıra digər Avropa ölkələrində də baş verir.

Bizdə də bir ara çox böyük həvəslə bu işlərə başlamışdılar. İnşallah bizdə də alternativ enerji yüksək səviyyədə istifadə olunmağa başlayar.

aggeek.net

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107