Aqava – əsr bitkisinin faydaları

Mərkəzi Amerika və Meksikada yetişən əsasən subtrotik iqlim şəraitini sevən Aqata bitkisi ömründə bir dəfə çiçək açan bitki kimi məşhurdur.

Aqava yarpaqları yerdən yuxarıya qədər uzanan, əslində yalnız yarpaqdan ibarət bir bitkidir. Ot formasında və ətrafının kiçik tikanlı olması səhra kaktuslarını xatırladır.

Toxuculuqda istifadə etmək üçün aqava yarpaqlarından lif alınır və içindəki su spirtli içki istehsalında da istifadə olunur.

Çox illik bir bitkidir və yarpaqları il ərzində yaşıl qalır.

Aloe bitkisinə çox bənzəsə də, fərqli xüsusiyyətlərə malikdirlər. Müxtəlif rəngləri olan bitki digər bənzər bitki növləri ilə tez-tez qarışdırılır.

Bu yazımızda sizlərə Aqava bitkisinin faydaları və əks təsirlərindən bəhs edəcəyik.

aqava bitkisi agroexpert.az
Aqavanın istifadəsi və faydaları

Aqava əsasən şərbət olaraq istifadə edilir. Bu şərbət Amerika və Avropada çox məşhurdur. Bir çox adam və təşkilat dadlandırıcı olaraq Aqava şərbətindən istifadə edir.

Bir çox qidada dadlandırıcı olaraq istifadə olunan Aqava şərbətində ağ şəkərdən 25% daha çox şəkər var. Bu səbəbdən diabet xəstələrinin üçün daha çox üstünlük verdiyi bir qidadır. Tərkibində şəkərlə müqayisədə daha az qlükoza və bol miqdarda fruktoza var.

Aqava şərbəti mayalanmanı sürətləndirir. Bu səbəblə çərəzlərdə də istifadəsinə üstünlük verilir.

Şəfa mənbəyi olan Aqava şərbəti dəri infeksiyaları və iltihab üçün də yaxşı təsir göstərir. Aqavanın bir dərman olaraq istifadə edildiyi zaman bir çox xəstəlik üçün təsirli olduğu məlumdur.

İmmuniteti artıran bitkinin üzərində aparılan bəzi araşdırmalar onun xərçəng hüceyrələrinin böyüməsini dayandırdığını və mikrobları azaltdığını müəyyənləşdirib.

Aqava bitkisi doyma hissi yaradır. Bu xüsusiyyətə görə arıqlamağa kömək edir. Qida sorulmasını artırır və xolesterolu aşağı salır.

Aqavada bol miqdarda lif var. Bu səbəbdən bağırsaq problemlərinin aradan qaldırılmasında aktiv rol oynayır. Qəbizlik və bənzər problemləriniz varsa, bir neçə damla Aqava şərbətinin sizin üçün çox yaxşı təsiri olacaq.

Əks təsirləri

Aqava şərbətini istehlak edərkən nəzərə alınmalı bəzi məqamlar da var. Sağlam və təbii bir şəkər olsa da, yenə də şəkərdir. Buna görə uzun müddət istifadədən sonra kökələ bilərsiniz.

Səhra bitkisi olduğundan bəzi insanlarda allergiyaya səbəb ola bilər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673