Aqrar sahədə ixtisas alanlara vakansiya elanı

Kənd Təsərrüfatı Nazirliyi 586 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edib. Onlardan 529 vakant vəzifə üzrə sənəd qəbulu başlayıb, 57 vakant vəzifənin tutulması üzrə isə ümumi müsahibə mərhələsi davam edir. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.  

Müsahibə mərhələsi üzrə qeydiyyat dekabrın 5-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə ixtisas almış

kənd təsərrüfat nazirliyi vakansiya elan edib
  • aqronom,
  • bioloq,
  • zooloq,
  • baytar,
  • torpaq üzrə mütəxəssis,
  • zoomütəxəssisləri

müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti, Xidmətin regional bölmələri, mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbəri, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru, Nazirlik Aparatı və Nazirliyin tabeliyində olan qurumlar üzrə müəyyənləşib. 

Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

Kənd Təsərrüfatı Nazirliyi (94 vəzifə üzrə 94 yer)

Kənd Təsərrüfatı Nazirliyi (418 vəzifə üzrə 435 yer)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика