Arqobrend nədir və necə düzəldilir?

AgroMarketing: С чего начать развитие бренда и сколько это стоитHər nə qədər kənd təsərrüfatı yönümlü biznes vəya istehsalla məşğul olmaq gözəldirsə də, satış bir o qədər vacib nüansdır. Hətta bəzən realizasiya daha önəmli olur. Hal hazırda aqro məhsullar özü hər biri əladır, faydalıdır. Amma satışdan daha çox kar əldə etmək üçün brend düzəltməyi tövsiyyə edirik. Pendirin kilosunu 6 Azn-ə satmaq da var, 200 qramını xüsusi qablaşdırılmış halda 10 Azn-ə satmaq da var.

Belə baxanda aqro məhsullar içərisində orqanik deyə bir brend yaranmağa başlayıb əslində. Məsələn, yumurta var, bir də kənd yumurtası var.

İnternet çoxdan effektiv satış kanalıdır

Azərbaycanda (eləcə də dünyada) əhalinin 76%-i internet istifadəçisidir. Auditoriya əsasən 15-44 yaş arasındadır. Bunlardan 15%-i demək olar ki, ümumiyyətlə TV izləmir. Belə bir yanlış düşüncə var ki, kənd yerlərində internet zəifdir deyə oralar internetlə əlçatmazdır. Əgər söhbət yaşlı nənələrimizdən getmirsə, kənd auditoriyasına da rahatlıqla internetdən çata bilərik.  Əslində aqrosektorun internet statistikası araşdırılsa və aparılsa yaxşı olar.

İnternetdə aqroməhsulların satışı, reklamı zəif aparılır. Bir neçə sayt və FB səhifə mövcuddur vəssəlam. Bunlardan heyvanbazarı.az mənim bildiyim ən məşhurudur. Bir də sağolsunlar ABAD layihəsi çərçivəsində kənd təsərrüfatı yönümlü bir çox brend hazırlayıb açıq və online satışa yerləşdirirlər. Əslində ABAD aqrosektorun brend düzəltmək probleminə tam yardımçı ola bilər, sadəcə qiymət siyasətləri biraz baha kimi gəldi mənə.

İş orasındadır ki, insanlar məhsullarını primitiv şəkillərdə satırlar. Bunu brend edə bilsələr, deyək ki, ən azından yaxşı yadda qalan ad fikirləşsələr bu satışa çox müsbət təsir edəcək. Yaxşı qablaşdırma, üz qabığı, maraqlı satış nöqtələri, cəlbedici loqo, FB səhifə bax bunlar brend düzəltməyin ən əsas sütunlarıdır.

Yeni müşəti köhnə müştərilərdən “qiymətlidirmi”?

Banner reklam yerlışdirərkən, orda ad, loqotip, məhsul və göstəriş, kontekst reklamdan daha qiymətlidir. Banner televizor kimi çalışır. Nə qədər çox insan görsə, sonrakı mərhələyə keçən də çox olur.

2-ci mərhələ-konsentrasiya. Burda onlayn PR-a keçib, məhsulunuzu tərifləyin, istehsal müəssisənizi göstərin. Bax bundan sonra Google reklamlara keçid eləmək olar.

Vebsayt da vacibdir. Niyə? Çünki bura girən istifadəçiləri diqqətlə izləyib analiz etmək olar. Həmçinin onlarla forum şəklində müzakirələr edib, rəy və təkliflərin də almaq olur. Mütləq saytda “Əlaqə”, “Hardan alım”, “Burdan sifariş edin” bölmələri yerləşdirin.

Deyirlər, təzə ziyarətçi köhnədən 4 dəfə dəyərlidir. )

Biraz da xərclər barədə

  • Bir sayt düzəltdirsəniz: 500-2000 Azn.
  • Onlayn PR: 2000-3000 Azn
  • Xaricə eksport edəcəksinizsə xərciniz daha çox çıxacaq. (ayda məsələn, 10 000-20 000 Azn)
  • Əgərə sizin biznes kiçikdirsə və reklam büdcəniz kiçikdirsə, burda Google reklamları seçə bilərsiniz. Effektiv banner reklam 10 000 Azn-dən başlayır.

Bu məqaləni cızma-qaralama kimi qəbul edə bilərsiniz. Kiçik bir araşdırma, çünki bu sahənin də öz güclü mütəxəssisləri var. Amma onların da çoxunun başı şəhər biznesinə qarışıb. Hamısı gül satır. 😉 Gələcəkdə mütəxəssis yazıları da təqdim edəcəyik.

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика