Artıq ölkəmizdə meyvə tingləri yeni üsulla yetişdirilir

Ölkəmizdə ilk dəfə olaraq innovativ metodla tinglərin yetişdirilməsinə başlanılıb. Agroexpert.az saytı Xezerxeber.az -a istinadən məlumat verir ki,

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat Institutunda tinglərin süni-qida mühitində, yəni virussuz şəraitdə istehsalı həyata keçirilir. İnstitutda yaradılan biotexnologiya laboratoriyası sayəsində fermerlər sağlam əkin materialları ilə təmin olunacaq.

Hazırda laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan çox miqdarda eyni bitkilərin alınması mümkündür. Laboratoriyanın əməkdaşları 17 bitkinin mikroklonal üsulla çoxaldılmasını mənimsəyiblər.

Üsulun mahiyyəti odur ki,..

  • Bitkinin gövdə;
  • Yarpaq;
  • Tumurcuq;
  • Və digər hissələrindən

müəyyən kəsiklər aparılıraq xüsusi qida elementləri ilə zəngin məhlulda əkilir. Daha sonra onlar xüsusi temperatura malik iqlim otağında saxlanılır. 5 sm-ə qədər böyüdükdən sonra istixanalara köçürülür. Başqa sözlə, bitki klonlaşdırılır, bir tumurcuqdan 107 eyni bitki yaradılır.

Bu metod gələcəkdə məhsuldarlığın artmasına səbəb olacaq. Bu isə ixrac baxımından olduqca əhəmiyyətlidir. Azərbaycanın bu sahədəki potensialını nəzərə alanda yeni üsulun səmərəliliyi ön plana çıxır.

Yaxın gələcəkdə fındıq, qoz və başqa meyvələr də yeni üsulla artırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика