Astaranın çəltik sahələrindən indiyədək 482 ton məhsul yığılıb

Astara rayonunun çəltik sahələrində məhsul yığımı kampaniyası davam edir.

Biçin kampaniyasına kifayət qədər kombayn və canlı qüvvə cəlb olunub.

Bu il yay mövsümündə havaların normadan artıq isti və quraq keçməsi məhsul istehsalçıları üçün bir sıra problemlər yaratsa da, çəltik sahələrinə düzgün aqrotexniki qulluğun göstərilməsi və suvarmanın növbəlilik əsasında təşkili məhsuldarlığa bir o qədər təsir etməyib.

çəltik emalı

Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasovun verdiyi məlumata əsasən, bu il rayonda 204,6 hektar sahədə çəltik əkilib. İndiyədək 117,5 hektar çəltik sahəsindən 482,3 ton məhsul yığılıb. Çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 41 sentner təşkil edib.

Qeyd edək ki, ötən il Astara rayonunda 236,7 hektar sahədən 994 ton düyü məhsulu istehsal olunub.

Rayonda çəltik yığımı sentyabrın sonlarınadək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика