Azərbaycan bal arısı – Qabaqtəpə arısı
Azərbaycan ərazisində tarixən qonur və boz rəngli arılar məskən salıblar. Həmin arılar dağ və dağətəyi bölgələrdə yayılmaqla mövsüm ərzində meşə, çəmən və otlaqlarda olan bitkilərin çiçəklərinin nektar şirəsindən qidalanırlar. Beləliklə, bu arılarda min illər ərzində bitkilərin xüsusiyyətlərinə xas olan uzun xortumluluq və eyni zamanda, çiçəklər arasında seçim etməmək əlaməti yaranıb ki, bu da onu başqa növ arılardan fərqləndirən əsas səciyyəvi xüsusiyyətlərdəndir.
(Elmi-Tədqiqat İpəkçilik İnstitutunun direktoru Allahverdi Seyidov)
Azərbaycanın arı genofondunu iki arı növü təşkil edir: Sarı İran arısı və Bozdağ Qafqaz arısı. Sarı İran arısının Lənkəran və Sarı İran, Bozdağ Qafqaz arısının isə Qabaqtəpə və Şahdağ populyasiyası var. Azərbaycan dünyada ən məhsuldar arılardan olan Boz dağlıq Qafqaz arısının vətənidir. Bu arı növü Qabaqtəpə arısının populyasiyasına həyat verib. Belə ki, Qabaqtəpə arısı Bozdağ-Qafqaz arısının yerli şəraitin təsiri nəticəsində meydana gəlmiş növdür. Bu arı Daşkəsən rayonunun Qabaqtəpə kəndi ətrafında formalaşdığı üçün Qabaqtəpə arısı adlanmışdır. (İlk dəfə A.S.Skorikov 1927-ci ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndi ərazisində aşkarlamışdır).
Qabaqtəpə arısı yerli arı genefondumuzun “qızıl arısı” sayılır.
Çünki məşhur Bozdağ Qafqaz arısının bütün müsbət xüsusiyyətlərini özündə cəmləyib. Bununla yanaşı, ondan üstün olaraq, yüksək sürətlə inkişaf edib.Gün ərzində nektar ardınca uçuşa tez başlayıb, gec qurtarır. Nektar bolluğu olan rayonlarda belə digər arı cinslərindən çox bal toplayır. Bu xüsusiyyətlər də onun yüksək məhsuldarlığını şərtləndirən əsas cəhətlərdəndir. Soyuq qış, küləkli iqlim şəratinə uyğunlaşaraq, böyük floramiqrasiya göstəricisi ilə seçilərək daha müsbət üstünlüklərə sahib olub.
Qabaqtəpə arısı kəşf olunduqdan, üstünlükələri öyrənildikdən sonra ona maraq artmışdı.Yetişdirilməsi üçün qoruq və stansiyalar yaradılmışdır. Keçmiş SSRİ məkanında, Avropada yetişdirilməsinə həvəs göstərilmişdir. Hətta Amerikaya belə ana arılar aparılmışdır.
Qabaqtəpə Arısı görünüşünə görə:
Qabaqtəpə arıları açıq-boz rəngdə olur. Qarın nahiyəsində sarı həlqələr yoxdur. Üzəri tükçüklərlə örtülüdür. Kənardan baxdıqda yan hissələr gümüşü rəngə çalır.
Qabaqtəpə arısı sancmaya meyilli deyil. Bu isə arıçılara üz toru taxmadan işləyə bilmələrinə imkan verir. Beçəvermədən asan qayıdar. Yaz ayları sürətlə inkişaf edərlər. Ana arılar gün ərzində 2000 yumurta qoya bilir. Ən uzun xortumlu(dilli)arılardan biridir.Bu isə arıya üstünlük verir. Arının şirə vəziləri çiçək dərinliydən məhsul toplaya bilir və bitkiləri sərbəst çarpaz tozlandırır. Ümumilikdə Bozdağ-Qafqaz arıları xortumun uzun olması ilə seçilir. Sürətlə çoxalma qabiliyyəti, qışı yaxşı keçirməsi onları qonşu ölkələrdə hər zaman məşhur edir.
Bozdağ Qafqaz arı cinsi öz sakitliyinə və xortumunun uzunluğuna görə Sarı Qafqaz arı cinsindən fərqlənir. Sarı Qafqaz arı cinsindən olan Sarı İran və Lənkəran arı populyasiyaları müəyyən dəyişiklik və yerli şəraitə uyğunlaşaraq formalaşan arı növləridir. Onlar əsasən Lənkəran-Astara bölgəsində,Yardımlı, Lerik-Cəbrayıl da, Zəngilan və Naxçıvanda yayılıb.
Azərbaycanda arısıçılığın qədim ocaqları:
Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala, Şamaxı, Lənkəran-Astara, Kəlbəcər-Qubadlı, Dağlıq Qarabağ, Naxçıvan regionlarıdır. Bu bölgələrin balverən bitkilərlə zəngin sahələri və əlverişli iqlimi vardır. Ümumilikdə isə ölkә üzrә arı ailәlәrinin 72,3%‑i 4 iqtisadi rayonun: Gәncә‑Qazax, Şәki‑Zaqatala, Lәnkәran, Naxçıvan payına düşür.
Təbii coğrafi iqlim şəraitinə uyğunlaşması və xəstəliklərə dözümlülüyü, eyni zamanda bitki örtüyünə olan tələbatı nəzərə alınaraq, arı ailələrini köçürmək məqsədi ilə bal arısı cinsləri və populyasiyaları aşağıdakı kimi rayonlaşdırılmalıdır:
Bal arısı cinslərinin adı |
Bal arısı cinslərinin populyasiyaları |
Rayonların adları |
Köçürülən ərazilər |
Bozdağ Qafqaz- | Qabaqtəpə | Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Bərdə, Tərtər, Füzuli, Qubadlı, Zəngilan, Laçın və Cəbrayıl, Əsgəran, Ağdərə, Şuşa, Xocalı, Kəlbəcər | Kiçik Qafqazın dağlıq və dağətəyi bölgələri: Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Əsgəran, Ağdərə, Şuşa, Xocalı, Füzuli, Kəlbəcər, Samux Aran bölgələri: Qazax, Ağstafa, Tovuz, Bərdə, Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Sabirabad, İmişli |
Bozdağ Qafqaz- |
Qonaqkənd | Qusar, Quba, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən. | Böyük Qafqazın dağlıq və dağətəyi bölgələri: Quba, Qusar, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən Aran bölgələri: Xaçmaz, Şabran, Siyəzən, Abşeron |
Sarı Qafqaz- | Azərbaycan | Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Ucar, Zərdab, Sabirabad, İmişli, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Füzuli, Şirvan, Ağdam, Xocavənd | Aran bölgələri: Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Sabirabad, İmişli, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Mingəçevir, Şirvan, Ağdam Dağlıq və dağətəyi bölgələr: Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Əsgəran, Ağdərə, Şuşa, Xocalı, Füzuli, Xocavənd |
Sarı Qafqaz- | Talış | Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı və Cəlilabad | Talış dağlarının dağlıq, dağətəyi və aran bölgələri: Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı və Cəlilabad |
Sarı Qafqaz – | Naxçıvan | Naxçıvan Muxtar Respublikası | Naxçıvan Muxtar Respublika-sının dağlıq, orta dağlıq və düzənlik əraziləri: Ordubad, Şahbuz, Sədərək, Babək, Culfa və Kəngərli |
With thanks! Valuable information!