Azərbaycana Türkiyədən yeni qoyun cinsi idxalına başlanılıb
Türkiyədə yetişdirilən morkaraman və akkaraman adlı qoyun növlərinin Azərbaycana idxalına başlanılıb.
Agroexpert.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Keçmişdən bugünə qədər qorunub saxlanılan qoyun və qoçların Azərbaycanda da çoxaldılması üçün dövlət dəstəyi ilə ölkəyə gətirilməsi həyata keçirilir.
Məlumata görə, dövlət dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində artıq, 25-i qoç və 578-i qoyun olmaqla 603 xırdabuynuzlu heyvanın Azərbaycana ixracına start verilib. Ümumilikdə ilkin mərhələdə 6 min heyvanın ixrac edilməsi, daha sonra bu rəqəmin 20 minə çatdırılması nəzərdə tutulur.

Azərbaycanda bu qoyun növü olmayıb
Azərbaycanda bu qoyun növü yoxdur. Türkiyə Respublikasında qoyun cinslərinin atası sayılan morkaraman qoyunu tarixdə ilk dəfə Azərbaycana göndərildi.
Azərbaycanın da Türkiyə ilə bənzər coğrafi şəraitə malik olması səbəbi ilə morkaraman ilə akkaraman qoyun cinslərinin burada da səmərəli şəkildə çoxalacağına inanılır. Bu qoyun növü dağlıq şəraitinə uyğundurlar,istiyə, soyuğa və susuzluğa davamlıdırlar.
Biz millət olaraq quyruq yağını sevirik. Bu qoyun cinslərinin də quyruğu çox yağlıdır. Morkaraman və akkaraman qoyunlarında doğum nisbəti də yüksəkdir.
