Badımcanın faydaları

agroexpert_badimcanBadımcan bitkisiylə edilən bir çox yemək möhtəşəm ləzzətdə olmaqdadır. Badımcan bu bənzərsiz dadının yanında faydalarıyla da bədənimizə bir çox fayda təmin edir. Badımcanın qida dəyəri və faydalarıyla əlaqəli maraq etdiyiniz bütün məlumatları bu məqaləmizdə öyrənə bilərsiniz.

Sağlamlıq baxımından badımcanın dəyəri nədir?

Peyğəmbərimiz (s), bu mübarək sözləri badımcan haqqında söyləmişdir: “Badımcanı qaynatmaq surətiylə yumşaldın və içinə zeytun yağı tökün. Onu yeyin, həm də çox yeyin. Çünki Allah ‘a iman edən ilk ağac odur. Adamı hikmətli edər,cinsi iqtidarı artırar. “Bu sözlərdən də aydın olduğu kimi badımcan sağlamlıq baxımından çox faydalı bir qidadır.

Qida dəyəri A, B1, B2, B3, B6, C vitamini, mineral olaraq də fosfor, kalsium, dəmir, natrium və kalium var.

Badımcan ürək xəstələrinə xeyirlidir.

Badımcan ən faydalı tərəvəzdir. Lakin onun faydaları haqqında çox insan məlumatsızdır. Ürək və sinirlər üçün ən faydalı tərəvəzlərdən olan badımcanı həm soyutma, həm kabab, həm də qızartma etmək olar. Bu tərəvəzdən, vitamin mənbəyi olan salatlar hazırlamaqla da yararlanmaq mümkündür. Badımcan, əslində, yay tərəvəzi olsa da, hazırda onu istənilən fəsildə tapmaq olar.
Badımcan həzm sistemini asanlaşdırır. Yüksək lif tərkibi sayəsində qəbzliyin qarşısını alır və bağırsaqları yumşaldır.

Faydaları nələrdir?

* Əsəbləri sakitləşdirir.

* Qəlbdəki ritm pozuqluğuna yaxşı gəlir.

* Yüksək xolesterola yaxşı gəlir.

* İçərisində olan yüksək miqdarda lifli həzmsizlik probleminə yaxşı gəlir.

* Anemiyaya yaxşı gəlir.

* Badımcan qaraciyər və böyrəkləri gücləndirir.

* Sidik çıxışına köməkçiı olur.

* Arıqladır.

* Ekspertlər şəkər xəstəliyi və qan azlığı olan xəstələrə müalicə olaraq istifadə etməyi bildirmişlər.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика