Bağ üçün ləvazimat ideyaları
Bağda, baxçada işləmək üçün istər iş olsun istər xobbi, mütləq ləvazimat tələb edir. Bunlara bir xeyli pul verməkdənsə özünüz də lazımsız tullantılardan düzəldə bilərsiniz. Belə ideyalardan bir neçəsini sizə təqdim edirik.
Bağınızı, güllərinizi suyu iqtisadla işlədərək sulamaq üçün susəpən lazımdır. Bir butulka götürüb üzərində deşiklər açın və şlanqa möhkəm-möhkəm bağlayın. (skocla)
Vəya bunun mini formasını köhnə süd qabından da düzəldə bilərsiniz. Bunun üçün süd qabının qapağını qızdırılmış iynə ilə deşin vəssəlam
Tualet kağızlarını da atmayın, toxum basdırmaq üçün müvəqqəti qablar düzəldə bilərsiniz.
Başqa bir gül qabı ideyası da kərpiclərdən ola bilər.
Quşlar üçün yemqabı kimi butulkadan belə bir şey düzəltmək olar.
Bağçanızdakı çiyələkləri quşlardan qorumaq istəyirsiniz? O zaman məhsul yığımına bir neçə həftə qalmış, daşları rəngləyib kolların arasına düzün. Quşlar bunu dimdikləyəcək, daha sonra əsil çiyələyi görəndə artıq əhəmiyyət verməyəcək.
Eyni şeyləri pomidorları qorumaq üçün də edə bilərsiniz. Bunun üçün sizə şam qozaları lazım olacaq.