Bal propolisin üstünlüyü nələrdir?

Bütün digər arı məhsulları kimi, bu maddə də çox nadir xüsusiyyətlərə malikdir. Propolisi istehsal etmək üçün arılar ağacların tumurcuqlarından damcılarla şirə yığır və bu şirəni öz fermentləri ilə zənginləşdirirlər.
Bal propolisi insan orqanizminin bir çox orqan və sistemlərinə müsbət təsir edir. Propolis çox yüksək bakterisid (bakteriyaları öldürən) və iltihabəleyhinə xüsusiyyətlərinə malikdir.

Bal propolisin üstünlüyü

balBakıda keçirilən arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçılarından biri də Füzuli rayonundan olan arıçı Telman Musayevdir. O, ermənilərin işğal etdikləri Füzulinin Yuxarı Rəfədikli kəndində anadan olub. Hazırda 4 saylı “Qayıdış” qəsəbəsində yaşayır. Onun sözlərinə görə, ata-babaları daim arıçılıqla məşğul olub.

Telman Musayev 15 ildir arıçılıqla məşğuldur. 2003-cü ildə yenidən ailəsinin ənənəsini bərpa etməyi, arıçılığı inkişaf etdirməyi bir məqsəd kimi qarşına qoyub. Hazırda arıxanasında 40 arı ailəsi var. Bu sahəni daha da inkişaf etdirmək istəyir.

Bal məhsulları haqqında danışan arıçı deyib:

“Balın qaymağı çox faydalı arı məhsuludur. Arılar yığdıqları nektarı altıbucaqlı mum yuvaya, yəni şana yığır, bala çevriləndən sonra şanını mumla suvayaraq üzərinə pərdə çəkir, yəni “möhür” vururlar.

Balın müalicəvi əhəmiyyəti

bal propolisiBal qaymağı məhz pətəyin üstündəki “möhür”dən, yəni suvaqdan hazırlanır. Müalicəvi əhəmiyyəti var. Nəfəs yollarını təmizləyir, astma və damaq xəstəliyinə qarşı, uşaqlarda vitamin çatışmazlığı zamanı istifadə olunur.

40 arı ailəsindən 9 litr bal qaymağı toplamışam. Bal qaymağı ona görə qiymətlidir ki, “möhür” işini 4 günlük bal arıları həyata keçirir. Onun qəbulu orqanizmdə maddələr mübadiləsini sürətləndirir.

Balın istehsalı

Telman Musayev arı ailələrini Beyləqan rayonundakı meşələrə aparır. Təmiz bal istehsal etmək üçün arının yaşadığı ərazidə nektar mənbəyi olmalıdır. Digər tərəfdən balın keyfiyyəti təbiətdən və hava şəraitindən də asılıdır.

Balın ətri, rəngi və tərkibi arının yaşadığı ərazidən asılı olaraq dəyişə bilər. Çiçək nektarı olan bal daha zəngin olur. “Biyan balı”, “Cökə balı” və sair təqdimatlar ancaq müştərini cəlb etmək üçündür.

Onun sözlərinə görə, saxta bal olmur, saxta şirə olur:

«Arıçılıqla məşğul olan insan halal olmalıdır. Dünyadakı bütün xəstəliklərin 60 % bal ilə müalicə edilir. Propolis cövhərini qəbul edən insan heç zaman xərçəng xəstəliyinə tutulmaz. Bal haqqında bizim bölgədə deyirlər ki, balı qaydasında yeyərsən xeyir verər, isidib yeyərsən, ziyan olar. Balı günəş şüaları altında saxlamaq olmaz. Onu 14 dərəcə temperaturda saxlamaq daha məsləhətdir».

Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107