Balıq qoxusunu əldən necə çıxarmaq olar? 8 ASAN ÜSUL

Yemək hazırlamağın püf nöqtələri əhəmiyyətliola bilər,ancaq yemək hazırlığından növbəti təmizlik də təqribən eyni dərəcədə əhəmiyyətlidir.Nəfis balıq ziyafətindən sonra əllərimizdə qalan balıq qoxusu  kefimizi qaçırır. Agroexpert.az əldən balıq qoxusunun necə çıxaracağınıza dair ətraflı məlumatı təqdim edir.

balıq qoxusu

Əlbəttə ki, balıq deyəndə ağla gələn birinci xüsusiyyəti çox sağlam olmasıdır, ikinci xüsusiyyəti isə qoxusunun olduqca dominant olmasıdır. Hazırlanması və yeməyin keyifli olması bir yana, əlinizə hopan qoxusu narahat edicidir. Bəlkə bu kimi hallarda əlinizi dəfələrlə sabunla ovaraq təmizləməyi sınadınız. Əllərinizin tərtəmiz olduğuna əminsiniz, bəs qoxusu? Hələ də burnunuza dəyir, elə deyilmi?

Balıq qoxusunu əldən necə çıxarmaq olar? 8 asan üsulu sınayın
Limonla təmizləmək

 Təzə bir limonu nazik dilimlərə ayırın. Balıqla bağlı bütün işləriniz bitdikdən sonra bu limonları, ovcunuzun içinə doldurun və ovuşdurun. Bu şəkildə limonun suyu da çıxacaq. Mümkünsə, o suyu bir qaba tökün,çünki əlinizi bu suyun içində saxlayaraq, balıq iyindən xilas olmağınız mümkündür. Limonlu suyun içində əlinizi saxlanıqdan sonra, əlinizi suyun altında yaxşıca yaxalayın. Soyuq su olması daha faydalıdır. Ardından sabunla da son dəfə təmizləyin. Artıq əlləriniz pis qoxudan azad olub xoş ətir verəcək.

 Hələ də bir az qoxu qaldığını düşünürsünüzsə, limonla birlikdə duzla da əllərinizi ovmağı tövsiyə edirik.

 Diş məcunu ilə təmizləmək

 Dişlərinizi fırçalayarkən istifadə etdiyiniz diş məcunundan əlinizə bir az sıxın. Daha sonra krem kimi pastanı bütün ovuc içinizə yaxşıca  yayın. Barmaqlarınız arasını da məcunla sürtməyi unutmayın. Sonra əllərinizi yaxalayaraq bir də sabunlu suyla təmizləyin. Balıq qoxusunun əlinizdən sürətli çıxdığını görəcəksiniz.

 Metalın qoxuları çəkməsi

 Əlinizdən heç cür çıxmayan balıq iyindən xilas olmağın bir maraqlı üsulu də metal xörək  qaşıqdır. Ovcunuzun içinə xörək qaşığını yerləşdirin, bir müddət bu şəkildə gözləyin. Təsirini görəcəksiniz.

Limon odekolonu ilə asan üsul

Digər bir praktik üsul isə limon odekolonu istifadə etməkdir. Balıqla bağlı işləriniz bitdikdən sonra, əllərinizi limon odekolonu ilə ovxalayıb, bir müddət o şəkildə gözləyin. Sonra su və sabunla yaxşıca yuyun. Limon odekolonun tərkibindəki limon və ammonyak birləşmə sayəsində əlinizdəki balıq qoxusundan əsər-əlamət qalmayacaq.

Sirkənin gücü

Təmizliyin təbii üsulları dedikdə hər sahədə qarşımıza çıxan sirkə, qoxunu aradan qaldırmaqda həqiqi bir möcüzədir. Balıq qoxusunu əlinizdən çıxarmağın ən asan yollarından biridir. Bir miqdar sirkə əlinizin içinə tökərək əllərinizi ovuşdurun. Bir az gözlədikdən sonra sabunla yuyun.

 Karbonatla qoxulara son

Karbonat da sirkə kimi təbii təmizləmə üsulları arasında çox üstünlük verilənlərdən biridir. Karbonat da balıq qoxularını aradan qaldırmaqda çox təsirlidir Bir qabın içərisinə 3 və ya 4 xörək qaşığı karbonatı tökün.  Üzərində 15 stəkan su əlavə edərək əllərinizi bu suyun içərisində gözlədin. Sonra əllərinizi yaxalayın.

 İsti çayın qoxu aparan təsiri

 İsti çayın içərisində əllərinizi gözlətmək qoxunu aradan qaldırmağa köməkçi olacaq. Bir müddət əllərinizi saxlanmaqla yanaşı əllərinizi çayla ovuşdurmaq da balıq qoxusunu aradan qaldırmaqda təsirini göstərəcək. Yalnız çayın özü deyil, eyni zamanda içdiyiniz çayın dəm hissəsindən də istifadə edə bilərsiniz. Dəmi avcunuzun içində ovmaq  qoxunu aradan qaldıracaq.

Yaşıl yarpaqlı tərəvəzlər

Qoxunu aradan qaldırmaqda maraqlı bir başqa üsul isə yaşıl yarpaqlı tərəvəzlərdir. Yaşıl tərəvəzlər tərkibindəki xlorofil sayəsində  qoxuları dərindən yox edir. Kahı, ispanaq və ya pazı yarpaqları ilə əlinizi yaxşıca silmək də balıq iyindən xilas olmağınıza köməkçi olacaq.

Qeyd: Əgər əlinizdə hər hansı bir yara, çat vəya fərqli bir narahatlıq varsa, əlinizə hopan qoxuları aradan qaldırmaqdatövsiyə etdiyimiz üsullarda diqqətli olmağınızı tövsiyyə edirik.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107