Balıq yeməyin 10 əsas faydası – Həkimdən qızıl məsləhətlər
Balıq zəngin vitamin tərkibi, güclü qida dəyəri baxımından həm uşaqların, həm də böyüklərin mütəmadi olaraq istehlak etməli olduğu qidadır. Yaşadığı dəniz və iqlimə görə dəyişən və xüsusilə qışda təzə və müxtəlif növlərdə olan balıqlar həftədə ən az 2-3 gün yeyilməlidir.
Bu yazımızda sizlərə Türkiyədə özəl bir xəstəxananın qidalanma və pəhriz şöbəsinin mütəxəssisi. Dyt. Özlem Tay-ın balıq yeyilməsinin 10 vacib faydası haqqında olan məlumatını paylaşacağıq.

1. İmmunitet sistemini qoruyur
Xüsusilə mövsümdə istehlak olunan balıq tərkibindəki yağ turşularına görə immunitet sistemini gücləndirmək üçün vacib bir qidadır. Aparılan təcrübələrlə balığın qripə və infeksiyalara qarşı bədəni qoruduğu sübut edilib. Balıq əsasən mövsümündə, həftədə 2 dəfə daimi olaraq yeyilməlidir.
2. Omega 3 anbarı
Balıqda digər heyvan mənşəli qidalardan fərqli olaraq doymuş yağ əvəzinə doymamış yağ turşuları adlanan Omega3 yağ turşuları var. Omega3 insan bədəninin istehsal etmədiyi və əksər balıqlarda tapılan son dərəcə faydalı bir yağdır. Xüsusilə soyuq su balıqlarından qızılbalıq, uskumru(qəlib balığı), sardina və ton balığı Omega3 cəhətdən olduqca zəngindir. Omega3 – ürək-damar xəstəliklərindən qorumaqla yanaşı, gözdə sarı ləkə xəstəliyi riskini azaldır və qan şəkərinin tənzimlənməsinə kömək edir.
3. Beyin inkişafına faydası
Balıq zəngin yod mənbəyidir və beynin inkişafında mühüm rol oynayır. Balıq yeyən uşaqların zəkalarının və öyrənmə qabiliyyətlərinin artdığı müşahidə olunur. Xüsusilə hamiləliyin ilk üç ayında balıq istehlak edən anaların körpələrində öyrənmə, anlama, körpəlik dövründə qavrayış və tutmaq kimi əl funksiyalarının güclü olduğu müəyyən edilib. Körpələrdə və uşaqlarda zəkanın inkişafını artıran balığın tərkibindəki DHA görmə və nevroloji cəhətdən sağlam böyüməyə olduqca güclü təsir edir.
4. Ürək xəstəliklərindən qoruyur
Balıq əsl ürək dostudur. Balıqdakı Omega3 yağ turşuları mənfi xolesterolu (LDL) azaldır və müsbət xolesterolu (HDL) artırır. Qanda trigliseridləri təmin edir, yəni sərbəst yağları azaldır. Qan təzyiqini aşağı salmaqla ürək çatışmazlığı və infakt riskindən qoruyur, qanın laxtalanmasının qarşısını alır, qan dövranını tənzimləyir.
5. Sümükləri gücləndirir
Balıq sümükləri də gücləndirir. Xüsusilə sümüyü ilə yeyilə bilən kiçik balıqlar kalsiumla zəngin olduğu üçün sümüklərin möhkəmlənməsini təmin edir. Belə balıqların çox miqdarda yeyilməsi sümük itkisi problemi olanlara, menopoz dövründəki qadınlara və yaşlılara tövsiyə olunur.
6. Hüceyrələri bərpa edir
Zülallar bədən üçün çox vacib bir qida mənbəyidir. Balıq da daxil olmaqla bəzi qidalar yüksək keyfiyyətli protein yağlarını təşkil edir. Balıqla qidalanmaq zülal hüceyrələrin bərpasında və yeni toxumaların yaranmasında mühüm rol oynayır. Proteinlər zəngin olduğu üçün çox miqdarda balıq istehlak edilməlidir.

7. Depresiyadan qoruyur
İşin gərgin tempində və gündəlik həyatın hərəkətliliyində problemlər bəzən üst-üstə gəlir. Stress bir çox insanlarda depressiya ilə əvəz edilə bilər. Tədqiqatlar göstərir ki, xüsusilə də tərkibində yüksək miqdarda Omega3 yağ turşusu olan qızılbalıq, qəlib balığı və ton balığı depressiyaya qarşı faydalı təsirə malikdir.
8. Diabet riskini azaldır
Omega 3 gənclərdə diabet riskini əhəmiyyətli dərəcədə azaldır. İnsulinin fəaliyyətini artırır və Tip 2 diabetindən qoruyur. Bu səbəbdən şəkərli diabet xəstələri və şəkərli diabet riski olanlar üçün çox miqdarda balıq istehlak etmək faydalıdır.
9. Alzheimer riskini azaldır
İnsan ömrünün uzanmasıyla birlikdə günü-gündən daha çox artan Alzheimerə qarşı həftədə 2 dəfə balıq istehlak etmək lazımdır. Balıq yağı və Omega3 yağ turşusunun faydalarından biri də Alzheimer riskini azaldır. Alzheimer-in yaratdığı yaddaş itkisinin qarşısını alan balıq xüsusilə buxarda bişmiş və ya manqalda qızardılmış şəklində yeyilməlidir.
10. Oynaq ağrılarına faydalıdır
Omega3 yağ turşuları toxumaların ziyan görməsinə səbəb olan mexanizmlərin bərpasını təmin edərək anti-iltihab təsir göstərən ən güclü qida komponentlərindən biridir. Əsasən romatoid artrit xəstələrində olan oynaq romatizmasının azaldılması və ağrıların aradan qaldırılmasında balıq istehlakının əhəmiyyətli təsiri var.