Balıqlar haqqında maraqlı məlumatlar-2
Əvvəlki məqalədə balıqlar haqqında maraqlı məlumatlar yerləşdirmişdik. Bu məqaləmizdə isə balıqlar haqqında bilinməyən və ya yanlış bilinən məlumatları paylaşacayıq.
- Bir çox balıq kürü qoyaraq çoxalır, amma böyük ağ köpəkbalığı kimi bəzi balıqlar yavrularını doğuşla dünyaya gətirir.
- Ağciyəri olan balıqlar su olmadan bir neçə il yaşaya bilirlər. (Bişməmiş torpağın altında)
- Bəzi balıqlar (məs: ağ köpəkbalığı) bədən temperaturlarını artıra bilirlər, bu onlara soyuq sularda ovlanmaq üçün yardımçı olur.
- Balıqların səs telləri yoxdur. Əzələlərini titrədərək səs çıxarırlar.
- Elektrikli ilan balığında bir atı öldürəcək qədər elektrik vardır.
- Köpəkbalıqları göz qapağı olan yeganə balıq növüdür.
- Balıq pulu pamada istehsalında çox istifadə olunur.
- Tapılan ən qədim balıq qarmağı 42 min il əvvələ aiddir.
- Uçan balıqlar ortalama 50 m uçur, 6 m hündürlüyə tullanabilirlər. Ən uzun uçuş məsafələri 200 m olub.
- Balıqlar böyüdükcə pul sayı artmaz, pullar genişləyər. Bu sayədə balığın yaşı haqqında təxmin yürütmək mümkündür.
- Bir balıq suda boğulabilir. Suda oksigen azdırsa balıqlar da boğulur.
- Ən zəhərli balıq daş balığıdır. (Şəkildə) Dişləsə şok, iflic hətta ölümə səbəb ola bilir.
- Ən sürətli balıq yelkən balığıdır.
- Dünyada ən böyük balıq balinadır. Uzunluğu 60 m-ə çatır. 25 ton olur. 4000-dən çox dişləri var, amma 3 mm uzunluğundadır.
- Dördgöz adlanan anableps balığı eyni anda həm suyun üstünü həm altını görəbilir.
- Balıqlar geri üzməz, çotra balığı isə üzəbilir.
- Bir çox balıq ağızlarını açmadan dad ala bilir.
- Bir çox balıq inkişafı boyu cinsiyyət dəyişə bilir.
- Köpəkbalıqları hər il 12 nəfər öldürür.
- Bir kirpi balığı 30 adamı öldürəcək qədər zəhər daşıyır.