Ballı armud yesəniz…
Liflə zəngin olan armudu bal ilə qarışdırıb yedikdə orqanizmdə nə baş verir? Ballı armud hansı xəstəliklərin müalicəsində müsbət təsir göstərir?
Həzmi asanlaşdırır
Bu ləzzətli qida həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Armudun tərkibindəki liflər bağırsaq hərəkətlərini tənzimləyir. Balda olan olan fermentlər isə həzm sisteminin sağlamlığı üçün olduqca faydalıdır.
Arıqlamağa kömək edir
Bal və armudun ehtiva etdiyi müxtəlif antioksidantlar, mineral və vitaminlər arıqlamağa kömək göstərir. Qəbizlik və bağırsaq problemlərini həll edir, babasil ağrılarını da aradan qaldırır.
Ballı armud C vitamini anbarı
Armudun tərkibində bol olan C vitamini qrip infeksiyalarından sizi uzaq tutaraq xəstəliklərə qarşı immun sistemini qoruyar.
Qan laxtalanmasının qarşısını alır
Böyük təhlükə və xəstəliklərə yol açan qan laxtalanmasının qarşısını alır. Qan duruldan təbii vasitə olan armud bal ilə birləşdikdə qanda qırmızı qan hüceyrələrini artıraraq damarın oksigen səviyyəsini də yüksəldir.
Təngənəfəsliyi azaldır
Müxtəlif boğaz ağrılarına və təngənəfəsliyinə yaxşı təsir edən ballı armud mikrobları təmizləyir və sağlam ciyərə sahib olmağınızı təmin edir.
Ürək döyüntülərini tənzimləyir
Ballı armud ehtiva etdiyi komponentlər sayəsində ürək döyüntülərini tənzimləyir. Mütəxəssislər tərəfindən əsasən idmançılara və idmanla məşğul olanlara tövsiyə edilir. Armud ürək-damar xəstəliklərini də sağaldır.
Sağlam qidalar haqqinda digər məlumatlat üçün bu bölməyə daxil ola bilərsiniz.