Bəzi məqalələrdə Adsense çıxmır
Saytı düzəldib işə saldıqdan 6 ay sonra (Google politikaları gərəyi) Adsense qoşduq. Bunun üçün bir gmail istifadə elədik. Ad unit düzəldib yenə demək olar ki, 1 aydan çox gözlədik. Halbuki google özü deyirdi ki, 1 həftə ərzində aktivləşəcək. Ümumiyyətlə qərblilərin kapitalist siması bu söhbətlərdə əməlli-başlı üzə çıxır. Qəpik-quruş verirlər zatən, onu da elə verirlər ki, Allah kəssin…
Adsense çıxmır
Nə isə 1 aydan sonra ad unitlərin aktivləşdiyini gördüm. Və bir-neçə məqalədə reklamlar görünməyə başladı. Amma yenə işlər düz getmirdi. Tək-tük məqalələrdə adsense çıxmır digərlərində çıxır. Bunu da bir balaca araşdırdıqdan sonra həll kimi qərara aldım ki:
- Yeni ad unit düzəldib, əvvəlkilərin hamısını saytdan yığışdırım. 20-30 dəq gözləmək lazımmış ki, aktivləşsin.
- ads.txt faylını da yoxlayın, görün yerindədirmi?!
- Səhifədə bir-birinə yaxın reklamları yığışdırın.
Bunları eləsəniz bəzi səhifələrdə reklamın çıxıb, digərlərində çıxmaması problemi böyük ehtimal həll olacaq. Nəzərə alın ki, geolokasiyaya görə də reklamlar az-çox görünə bilir.

Daha ətraflı araşdırma üçün adsense kömək linki yerləşdirirəm.
https://support.google.com/adsense/?hl=en#topic=3373519
Digər texnologiya xəbərləri üçün saytımızın bu bölümünə baxa bilərsiniz.