Bildirçinin faydalarını bilirsinizmi?
Bildirçinin faydaları nədir?
Bizim ölkədə bildirçin saxlanılması aqrobiznes kimi yeni sahədir. Bu bizness bildirçin yumurtalarını əldə etmək üçün istifadə edilir. Eyni zamanda bu quşları xüsusilə də qurmanlar (şef aşbazlar) tərəfindən bəyənilən əti üçün saxlayırlar.
Sözü gəlmişkən, expertlər deyirlər ki, quş bazarının bu sahəsi demək olar ki, boşdur. Ona görə də bu işə peşmançılıq hissi keçirmədən başlaya bilərsiniz. Gəlin bildirçin biznesinin hansı üstünlüklər olduğunu öyrənək:
- Başqa ev quşları növlərindən fərqli olaraq bildirçin yumurtalarında insana lazım olan yararlı maddələr daha çoxdur. Bildirçinin yumurtası bədəndən ağır metalları və radiasiyanı təmizləyir.Onlarda xolestirin, viruslar və bakteriyalarda yoxdur, əhəmiyyətli dərəcədə vitaminlər və mikroelementlər çoxdur nəyinki toyuq yumurtalarında.
- Bütün məktəblərin yemək proqramlarında və diyetoloqların öz proqramlarında bildirçin yumurtalarını yeməyin əsas tərkib hissəsi olaraq məsləhət görürlər.
Yaponiyada bu məhsulunan qidalanma qanunvericiliklə tənzimlənib. Uşaqlara bildirçin yumurtalarını dərslərin başlanmasından əvvəl yedizdirirlər. Onlar uşaqlarda beyinin yaxşı inkişafına təsir edir. - Həkimlər çox vaxt mədə-bağırsaq xəstəlikləri zamanı yazırlar. Çiy bildirçin yumurtaları yara və mədə xəstəlikləri zamanı şəfa təsirinə malikdir. Əgər hər hansı insan yada uşaq bildirçin yumurtaları yeməyi sevmirsə onda onları gündəlik yeməyin (şorbalar, sulu yeməklər, sıyığlar və purelər) içinə əlavə edir yeyin.
Profilaktik tədbir vasitəsi kimi mütəxəsislər məsləhət görürlər ki, ildə bir dəfə (yaxşı olar ki soyuq vaxtlarda) hər gün bir ay ərzində bildirçin yumurtaları və ətini istifadə edəsiniz. Bu ürəyin, ciyərin və böyrəyin günlük funksiyalarını asanlaşdıracaq.
Yumurtaların qəbulunun ən yaxşı üsulu yeməkdən yarım saat əvvəl çiy şəklində içmək və üstündən biraz su içməkdir. - Bəs siz bildirçin məhsullarının qiymətlərini bilirsinizmi? Gəlin misal kimi toyuq və bildirçin məhsullarının qiymətlərinə baxaq və müqaisə edək.
Bildirçin məhsulunun qiymətləri 1-2 manatdan başlayır.Yani 150qr bildirçin əti 1.65 manat; 175qr – 1.75 manat; 200qr – 1.85 manat, qurudulmuş bir növü 2.35 manat qiymətindədir, bildirçin yumurtalarının 20 ədədi – 2.2 manatdır.
Bir toyuğun əti 4.20 – 4.60 manat arası dəyişir. Bazarda isə toyuğun döş ətinin kiloqramı 6-6.5 manat arası qiymətindədir. Toyuq yumurtaların 10 ədədi 2 manatadır.
Bilrdiçin məhsulları
Bu məlumatların əsasında biz nəticə çıxarda bilərik ki, bildirçin məhsulları sözsüz ki, daha keyfiyyətli və ucuzdur.
Düzgün marketing siyasətinin tətbiqi və dəqiq yanaşma ilə, siz uğur əldə edə bilərsiniz. Siz yalnız konkret quş növünün seçimini düzgün etməlisiniz. Aşağıda ən çox gəlirli quş növləri qeyd edilib:
Manjur | Ət | 220əd | 150-300 qr |
Eston | Yumurta | 300-310əd | 170-200 qr |
Faraon | Ət | 200əd | 200-300 qr |
Smokinq | Ət-yumurta | 280əd | 140-180 qr |
Vircin | Ət-yumurta | 40-60əd | 80-145 qr |
Yapon | Yumurta | 250-300əd | 100-150 qr |
Nəticə
Bizim tərəfimizdən sizə təqdim edilən cədvəl ilə tanış olandan sonra siz özünüz üçün müvaffiq nəticələr çıxarda bilərsiniz. Növbəti məqalələrimizdə bildirçin biznesi üzrə yatırımlar, gəlir və xərclərlə sizi tanış edəcəyik.
Sonda bunu da qeyd edək ki, bu quşların biznesindən çoxlu gəlir əldə etmək sitəyirsinizsə, onlara düzgün qidalar verməli və baxımı ilə düzgün məşğul olmalısınız.