Bitkilərdə göbələk xəstəliyi
Göbələk xəstəliyi geniş yayılmış xəstəliklərdən biridir. Demək olar ki, hər əkin sahəsində, çiçəklərdə, ağacların yarpaqlarında tez-tez rastlaşırıq. Göbələklər (Fungi) aləmi müxtəlif həyat tərzi ilə seçilir. Onlar bitki orqanlarında parazitlik edərək onun məhsuldarlığını, keyfiyyət göstəricilərini aşağı salır. Hazır üzvü maddələrlə qidalanır. Başlıca göbələk növələri mikroskopik ölçülərə malikdir. Onlar mitsellərdən ibarət vegetativ orqana malikdirlər və onun vasitəsilə qidalanır, çoxalır, inkişaf edirlər.
Xəstəlik törədən göbələklər bitki orqanlarında yayılmasına görə ekzogen(xarici) və endogen(daxili) növlərə bölünür.
Birinci halda əsas çoxalma və inkişaf orqanları yarpağın üst qatlarına yayılır. Belə göbələklərə unlu şeh xəstəliklərinin törədicilərini misal göstərmək olar. Onlar bitki üzərində örtüklər, kiflər əmələ gətirir.

Endogen göbələklərin mitselləri, hifləri hüceyrə arasında, hüceyrə daxilində, su borularında, kök sisteminin sorucu və ötürücü sistemlərində, meyvə və toxumun daxili toxumalarına yayılır. Yarpaq, budaq, meyvə və gövdədə ləkəliklər, çürümələr, qaralmalarla müşahidə olunan əlamətlər verir.
Bəzi göbələklər həm daxili, həm də xarici təbəqədə yayılma qabiliyyətinə malikdir. Ağ çürümə (Sclerotinia), Boz çürümə (Botrytis) xəstəliklərinin törədiciləri bitki orqanlarının həm toxuma daxilində, həm də bitki orqanları üzərində yayıla bilir.
Göbələklər yaşama müddətinə görə müxtəlif olur.
Göbələk xəstəliyi qisa müddətli olduqda öz inkişafını bir neçə günə başa çatdırır. Bunlar efemerlər adlanır.
Birilliklər öz inkişafını bir il müddətinə başa çatdırır. Bu qrupa taxıl bitkilərində sürmə xəstəliyi yaradan Tilletia, Urocystis və başqa göbələklər aiddir.
İki illik göbələklərin mədəni bitkilər üzərində parazitlik edən çoxlu növləri var. Onlar öz inkişafını bitkinin vegetasiya dövründə başlayır, bitki yarpaqları və qalıqlarında saprofit həyat tərzi keçirirlər və 2-ci ilin yazında bitki qalıqları üzərində sporlar əmələ gətirərək yenidən yayılırlar.
Çoxillik göbələklər öz növlərinə və müxtəlifliyinə görə daha geniş yayılmışdır. Bunlara mikorizalar, trutoviklər (bitki gövdələrində parazitlik edirlər), soğanaqlarda, kökümsov gövdələrdə, kök yumrularında, gövdələrdə, çoxillik ağac və kol bitkilərinin, həmçinin alaq otlarının su boruları daxilində parazitlik edən göbələklər daxildir.
Xarici mühitin təsirindən göbələklərin meyvə bədənlərinin formasını dəyişmə funksiyasına malikdir.
Müxtəlif səbəbdən olan dəyişikliklər rizomorflar, xlamidosporlar, sklerosiyalar, mitsellərin sıxlaşması, oidilər və başqa hallarda üzə çıxır.
- Rizomorflar öz quruluşuna və xüsusiyyətinə görə xarici təsirlərdən az asılı vəziyyətdə olan şəkildəyişmədir. Bu formanı ala bilən göbələklər müxtəlif şəraitlərdə (torpaqda, gövdə daxilində, çürüntülərdə və s.) yaşama və qidalanma qabiliyyətini saxlayır.
- Xlamidosporlar mitsel və hiflərin bir-birinə yaxınlaşması, sıxlaşması nəticədə əmələ gələn, qalın membrana malik, xırda ölçülüvə bir-birinə birləşmiş halda olan, uzun müddət həyatilik qabiliyyətini qoruyub saxlaya bilən göbələk şəkildəyişməsidir.
- Sklerosiyalar sıxlaşmış və bərkimiş göbələk hiflərindən ibarət, müxtəlif formada, xitinləşmiş rəngli membranı olan müxtəlif həcmli mikoloji orqanizmlərdir. Onlar əlverişsiz şərait nəticəsində bu hala keçir və uzun müddət həyatilik qabiliyyətini qoruyub saxlayır.
Göbələklər fermentlər ifraz etməklə müxtəlif üzvü maddələri parçalayır, onu mənimsənilən formaya salır və ya bitki orqanlarına daxil olmasını təmin edir. Qidalandığı bitkilərin növ tərkibindən asılı olaraq ifraz etdikləri fermentlərin tərkibi də müxtəlif olur. Belə ki, əgər törədici bir bitki üzərində ixtisaslaşıbsa, onun hüceyrəsində ferment ifrazı yalnız bir substrat üçündür.
Göbələklərin qida elementləri mənşəyinə görə müxtəlifdir.
Qidalanma mənbəyi və mənşəyinə görə başlıca yeri üzvü, qeyri-üzvü və mineral maddələr təşkil edir. Karbohidratlardan şəkər, qlükoza, nişasta və başqaları göbələklərin başlıca qidası hesab olunur. Lakin bu maddələri parçalamaq üçün lazımı fermentlər hər göbələkdə olmur.
Göbələklərin normal inkişafı üçün qida maddələrindən əlavə xarici mühit şəraitinin (nəmlik, temperatur, hava, mühitin reaksiyası – pH, işıqlanma və başqaları) əlverişli olması əsas şərtlərdəndir.

Əksər göbələklərin inkişafı zamanı temperaturun minimal həddi 15°C arasında dəyişir. Əksər növlərin inkişafının optimal həddi 1530°C arasındadır. Aparılmış tədqiqatlar göstərmişdir ki, pomidorun patogeni Alternaria sp. 25-30°C-də aqarlı arpa şirəsində daha yaxşı inkişaf edərkən maksimum mitsel kütləsi əmələ g ətirir və sporəmələgəlmə dövründə tez yetişir. Bəzi göbələklərdə optimal temperatur həddi aşağı və ya yuxarı ola bilir. Məsələn, buğdanın bərk sürməsi xəstəliyini yaradan Tilletia caries Tul. torpaqda temperatur 8-10°C olduqda, teliosporların maksimal inkişafı müşahidə edilir.
Su göbələklərin inkişafında mühüm rola malikdir.
Onların inkişafında nisbi rütubət həddi 20-100% arasında dəyişir. Bu göstərici göbələklərin yer kürəsində bütün mühitlərdə yayılması və inkişaf etməsinə şərait yaradır. Bitkilər üzərində patogenlik edən göbələklərin əksər növləri havadan və qida mühitinin nəmlik həddinin 4095% olduğu səviyyədə daha yaxşı inkişaf edirlər. Saprolegnia göbələkləri, hətta 100% suyun içində normal inkişaf edir. Unlu şeh xəstəliklərinin törədiciləri Erysiphe və Uncinula s ırasına aid olan göbələklər havanın nisbi nəmliyinin aşağı olduğu vaxtlarda (5060%) intensiv inkişaf edirlər.
Müəllif: Cəbrayıl Ağayev