Bitkilərin ən xeyirlisi dəniz kələmi sayılır. Niyə?

agroexpert.az deniz keleminin faydaları

Tərkibindəki qiymətli mikroelementlərə, vitaminlərə görə o, bütün bitki və heyvan mənşəli qidalardan daha faydalıdır.Bu faydalı qida məhsulunu təkcə dəniz kənarında yerləşən ölkələrin əhalisi  istifadə etmir. Belə ki, dünyanın əksər yerlərində insanlar ondan sağlamlıq üçün faydalı olan müxtəlif xörəklər hazırlayırlar. Həmçinin dəniz kələmini çiy, qurudulmuş, qaxac edilmiş, konservləşdirilmiş və duzlu halda da yeyirlər.

Dəniz kələminin faydaları haqqında yazmadan öncə qeyd edək ki,

Tərkibi yod, manqan, kobalt, fosfor, dəmir və kaliumla zəngindir. Bu bitki Dəniz kələmi əvəzsiz pəhriz qidasıdır. Maddələr mübadiləsini yaxşılaşdırır, radioaktiv maddələrin xaric edilməsinə yaxşı təsir göstərir. Bağırsağın işini sürətləndirir.

Tərkibində 40-dan artıq vitamin olan bitkinin orqanizmin sinir sisteminin normal fəaliyyəti üçün olduqca faydalıdır. O zehni və fiziki gərginliyi aradan qaldırır.

Bir sıra xəstəliklərin, əsasən də aterosklerozun, hipertoniyanın, raxitin, qalxanvari vəzin müalicəsi və profilaktikası zamanı istifadə edilir.

Ateroskleroz, maddələr mübadiləsinin pozğunluğu, mədə-bağırsaq xəstəlikləri zamanı:

gündə hər dəfə 2 çay qaşığı olmaqla qurudulmuş, yaxud da 5 xörək qaşığı olmaqla təzə dəniz kələmi yeyin. Şorabaya duz əvəzinə döyülmüş dəniz kələmi də tökə bilərsiniz.

Osteoxondroz zamanı isti suya (50 dərəcəlik) 1 stəkan quru dəniz kələmi töküb 30 dəqiqə saxlayın. İslanmış kütləni salfet üzərində 2 sm qalınlığında yaxın, ağrıyan nahiyəyə qoyun, üstündən politilenlə örtün, tənziflə bağlayın və yun parça ilə sarıyın. Kompresi 5 saatdan az olmayaraq saxlayın. Müalicə 7-10 proseduradan ibarətdir.

İmmunitet zəifliyi zamanı axşam şüşə bankanı qurudulmuş dəniz kələmi ilə doldurub üstündən qaynanmış soyuq su tökün, səhərə qədər saxlayın. Səhər bankanın ağzını möhkəm bağlayıb soyuducuya qoyun. Gündə iki dəfə, səhər və axşam yeməyindən əvvəl 1 çay qaşığı için.

agroexpert.az deniz keleminin faydaları
  • Müntəzəm olaraq az miqdarda dəniz kələmindən istifadə etmək orqanizmin ümumi tonusuna müsbət təsir göstərir.
  • Başgicəllənməsi zamanı hər gün nahardan əvvəl 1 çay qaşığı xırda doğranmış halda yeyin.
  • Bu bitki cinsi fəaliyyətin normallaşdırılması üçün də ən yaxşı vasitələrdən biridir.
  • Yaddaşın möhkəmlənməsi üçün hər gün 1 çay qaşığı dəniz kələmi tozu qəbul edin və yaxud 2 xörək qaşığı təzə və ya konservləşdirilmiş dəniz kələmi yeyin.
  • Qəbizlik zamanı gündə 2 dəfə yemək zamanı kələmin toz halına salınmış 1 çay qaşığı qurusunu su ilə qəbul edin.

Unutmuyaq ki, digər qida məhsulları kimi dəniz kələmindən də qədərində istifadə etmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика