Biznes ideya: yun gübrəsi

Türkiyəli bilgisayar mühəndisi 3 il elmi tədqiqat apararaq qoyun yunundan təbii gübrə hazırlayıb. Vyana universitetində bilgisayar mühəndisliyi fakültəsinin məzunu Abdullah Furtana ölkəsinə qayıdaraq öz işini qurur. 

Agroexpert.az xəbər verir ki, Abdullah ilk olaraq tullantılardan enerji stansiyası layihəsi üzərində iş qurmağa çalışsa da, daha sonra tullantı qoyun yunundan təbii gübrə hazırlamağı qərara alır. O, termomexanik sistemlə bu gübrəni hazırlayıb.

Uşak Qarışıq Dəri Mütəşəkkil Sənaye Bölgəsində (UKDOSB) fabrik açan Furtana gündə istehsal etdiyi 3 ton gübrənin hamısını xaricə ixrac edir.

Furtana Türkiyə iqtisadiyyatına müsbət təsir edəcək layihələr üzərində çalışdığını bildirib.

“Bu gübrə azot, fosfor, kalium, element, mineral tərkibi, su saxlama və torpağın tənzimlənməsi xüsusiyyəti ilə digərlərinə nisbətən daha səmərəli və sərfəlidir. Gündə təqribən 3 ton çıxarılan orqanik gübrələrin Avstriya, Almaniya, Hollandiya, Çin, Serbiya kimi ölkələrə ixrac edirik”. – çıxışı zamanı qeyd edib.

Tullantı yun ilk olaraq daraqla nazildilir. Sonra qızdırılaraq emal edilir və termomexanik sistemlə kapsula gübrə hazırlanır. Gübrədə heç bir əlavə maddə yoxdur.

Torpaq yun gübrəsi ilə gübrələndikdn sonra 10 ay ərzində başqa gübrə vermək lazım deyil. Həll olma xüsusiyyəti yüksək olan bu gübrə su saxlamağına görə su istehlakını azaldır, bitkinin nəm yerdə qalmasını təmin edir. Bu xüsusiyyəti olduğu araşdırılaraq təsdiq edilib.  Məhsulun pərakəndə satış qiyməti 4-5 avrodur.

Bu faydalı gübrə həm də tullantıların təbiətə zərər verməsinin qarşısını alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107