Bolqar bibəri immuniteti möhkəmləndirir
Bolqar bibəri ən faydalı tərəvəzlərdən biri sayılır. Bu tərəvəz müxtəlif faydalı vitamin və minerallarla olduqca zəngindir. Bibərin tərkibində C, B qrupu, A, P vitaminləri, kalium, fosfor, sink, dəmir, yod, kalsium, maqnezium mineralları var.
Bolqar bibəri insanın immun sistemi üçün çox xeyirlidir.
Xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlı insanlar üçün vacibdir. Bu qrup insanlarda immun sistemi daha zəifdir.
- Bibər iştahanı artırır, insanın mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, mədəaltı vəzinə müsbət təsir edir.
- Bibər əqli fəaliyyəti ilə məşğul olan və yaşlı insanların qida rasionunda daim olmalıdır. Bibərin daim qəbulu insanın yaddaşını və diqqətini yaxşılaşdırır.
- Bolqar bibəri insanın sinir sisteminə yaxşı təsir edir. Əhval-ruhiyyəsini yaxşılaşdırır, depressiya və stress zamanı kömək edir.
- Bibər sümüklər üçün də çox xeyirlidir.
- Görmə ilə problemləri olan insanlar da bu tərəvəzdən tez-tez yeməlidir.
- Bibər ürəyin fəaliyyətinə müsbət təsir edir – ödəmləri azaldır, təzyiqin tənzimlənməsinə kömək edir. Həmçinin, qanı duruldur, damarlarda trombların əmələ gəlmə riskini azaldır.
Bolqar bibərinin şirəsi çox faydalı və müalicəvidir.
Hər gün 40-50 qr bolqar bibəri şirəsi orqanizmi daha gümrah edir. İmmun sistemini gücləndirir, iştahanı artırır, yuxusuzluqla mübarizə aparır. Bibər bütöv şəkildə, içəridə olan toxumları və ağ arakəsmələri ilə sıxılmalıdır. Adətən atdığımız bu toxumlar və arakəsmələr bir çox faydalı maddələrlə zəngindir.
Bolqar bibəri şirəsi müalicəvi vasitə kimi avitaminoz, qanazlığı, ateroskleroz, xroniki yorğunluq kimi pozulmalarda istifadə olunur. Bal əlavə olunmuş bolqar bibəri şirəsi soyuqdəymə xəstəlikləri zamanı çox xeyirlidir. Bu məqsədlərlə tam yetişmiş qırmızı şirin bibərdən istifadə olunur. Yaşıl bibərin şirəsi isə qanda şəkərin səviyyəsini aşağı salmağa kömək edir.