Böyrək ağrılarına şəfalı bitkilər

Böyrək ağrısı necə olur?
böyrək ağrısı agroexpert.az

Böyrək ağrıları əsasən nefrit və ya böyrəküstü vəzindən ifraz olunan hormonlardan qaynaqlanır. Bu ağrılar qarından kürək tərəfə doğru əvvəl şiddətli sonra da sızlama olaraq davam edən ağrılardır. Böyrək ağrısı ümumiyyətlə soyuqlama səbəbiylə böyrəklərdə yaranan iltihablanmanın bir nəticəsidir. İltihablanan böyrək hüceyrələri iş görə bilmədiyi üçün ağrıya səbəb olur.

Bundan başqa böyrək üstü vəzlərdən ifraz olunan bəzi hormonlar da böyrək ağrılarına səbəb olur. Tərkibində olan zərərli hormonlar bədəndəki su-duz balansının pozur, böyrəklərin iş qabiliyyətini aşağı salır və buna görə də ağrımağa səbəb olur. Belə ağrılarda ümumi olaraq həblərin və ya dərmanların təsiri çox tez bir vaxtda hiss olunmur.

Həm də böyrək ağrıları qum yığılması və bunun nəticəsində daş əmələ gəldiyi zaman baş verir. Daşın təbii şəkildə atılmasına çalışıldıqda böyrəklərdəki gərginlik səbəbiylə də ağrı hiss edə bilərsiniz.

Böyrəklər bədənimizdə zəhərli maddələrin toplandığı və bir növ təmizlənərək çölə atıldığı hissədir. Böyrəklərdə baş verə biləcək böyük problemlərin xəbərçisi olan ağrılar nəzərə alınmalı və həkim göstərilməlidir. Həkimin müalicəsindən sonra dərmanlar yetərli olmadığı halda həkiminizin razılığını aldıqdan sonra böyrək ağrısı üçün bitki mənşəli müalicə üsullarından istifadə etmək faydalı ola bilər.

Bu yazımızda sizlərə böyrək ağrıları üçün faydalı olacaq bir neçə bitkidən bəhs edəcəyik.

Cəfəri
cəfərinin faydaları haqqında

Bir çox insanın arıqlamaq və ya ağız qoxularını aradan qaldırmaq üçün istifadə etdiyi cəfəri qaynadılaraq ya da çiy şəkildə istehlak edildiyində böyrəklərdəki daş meydana gəlməsinin qarşısını alır. Böyrəklərdə ağrıya səbəb olan daşın aradan qaldırılmasında rol oynayan cəfəri böyrək ağrınıza da yaxşı təsir edir.

Çox zəngin kimyəvi tərkibə malik olan cəfəridə A, C, B qrupu, PP, fol turşusu kimi əvəzsiz vitaminlər, müxtəlif faydalı mikroelementlər (dəmir, kalium, kalsium, maqnezium, fosfor, natrium və s.), efir yağları, zülal, fermentlər və s. var.

İri atpıtrağı

İri atpıtrağı böyrək dərmanların demək olar ki, hamısının tərkibində olan bir bitkidir. Gicitkən kimi, sidikqovucu xüsusiyyəti olan bu bitki ilə böyrəkləri təmizləyə və böyrək ağrısından qurtula bilərsiniz. İri atpıtrağı istifadə etmək üçün qaynatmaq və bal ilə şirinləşdirib içmək lazımdır. Bu içki ilə böyrəyinizdə ağrı yaradan qumlardan da qurtula bilərsiniz.

Qaragilə

Qaragilə bitkisi hidrokinon və arbutin maddələri sayəsində böyrək və sidik yolları infeksiyalarının sağalmasına kömək edir. Bişirilmədən çiy olaraq ya da mürəbbə şəklində istehlak edə biləcəyiniz bu bitki, böyrək ağrılarına səbəb olan böyrək daşlarının atılmasında da böyük rol oynayır. Mavi meyvələrinin tərkibində zoğal kimi mövcud olan turşu quruluşu böyrəklərdə turşu səviyyəsini artıraraq dərman xüsusiyyəti daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика