Böyrək daşını təmizləyən cəfəri suyunun hazırlanması

Ucuz lakin çox yüksək keyfiyyətə – faydaya sahib olan cəfəri suyu. Digər göyərtilər kimi cəfəri də çox faydalıdır. Lakin onun suyunda olan xeyir, şəfanı saymaqla bitirmək olmaz.

Sidikqovucu və iltihabəleyhinə xüsusiyyətlərə malikdir.

Xalq təbabətində böyrəkləri, sidik kisəsini və sidik yollarını qum və mikroblardan təmizləmək üçün cəfəri suyundan istifadə olunur.

Bu suyun yağ yandırıcı xüsusiyyəti də var. Dəriyə olan faydası, gənçləştirici və parlaq bir cild üçün istifadə edilir.

+ Cəfəri suyu idrar yollarında əmələ gələn pis bakteriyaları təmizləməyə kömək edir. Eyni zamanda çox təsirli bir antibakterialdır. 

+ Köpmə, qaz və qəbzlikdən şikayətçisinizsə, cəfəri suyu tam sizə görədir. Cəfəri suyu, illər boyu kolik, həzmsizlik, qəbzlik və bağırsaqdakı qaz üçün ənənəvi dərman olaraq istifadə edilmişdir.

+ Qara ciyərlərdə yağlanmanın da qarşısını alır.

Bir çox dərdin dərmanı olan cəfəri suyunun hazırlanma qaydası

agroexpert.az ceferi suyunun hazırlanması

1 dəstə cəfəri saplağı ilə birlikdə yuyulur, doğranılır, üzərinə yarım litr qaynar su tökülür. Zəif odda 2-3 dəqiqə qaynatdıqdan sonra, 1 saat dəmlənir və süzülür.

Hazırlanan bu cəfəri suyu ilıq olaraq, günün hər saatında arzuya görə istehlak edilir. Gecə yatmazdan 1 saat əvvəl içsəniz arıqlamaq üçün daha təsirli olacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107