Böyük Britaniyada keçi südü təsərrüfatında yaşanan böhran
İngiltərənin keçi yetişdiriciləri koronavirus zamanı dövlətin yalnız südlü mal-qaraya dəstək olmasına qəzəblənirlər. Keçi yetişdiriciləri düşünürlər ki, dövlət camış və qoyun südü istehsalçılarına daha üstün imtiyazlar təqdim edirlər.
Britaniya Südçü Fermerlərinin Kral Birliyi (RABDF), Böyük Britaniyanın Kənd Təsərrüfatı İdarəsinə (Defra) məktub göndərərək, yalnız süd inəkləri sahiblərinə deyil, Covid-19 koronavirus pandemiyasından təsirlənmiş bütün süd istehsalçılarına maliyyə dəstəyi verilməsini xahiş etdi.

Süd, süd məhsulları, həmçinin keçi, qoyun və camış əti istehsal edən və təmin edən sektorda, fermerlərin əhəmiyyətli bir hissəsi karantin məhdudiyyətləri tətbiq edildikdən sonra işlərinin, bizneslərinin tamamilə çökəcəyini düşünürlər. Onların bir çoxu məhsullarını işləri artıq dayandırılmış ərzaq mağazalarına, restoranlara və fermer bazarlarına tədarük etdilər.
Bu növ südlər inək südü kimi həcmə və qiymət “elastikliyinə” sahib deyil.
Həmçinin keçi südünün saxlanma müddəti daha qısadır və buna görə də keçi südünün bazar zərbələrinə dözmək üçün imkanı yoxdur. Nəticədə süd atılmaq məcburiyyətində qalır və heyvan sayı sürətli şəkildə azalır.
RABDF sədr müavini Dee Wathenge, mal-qara və camış sənayesinin inkişaf etmiş maldarlıq sənayesindən spesifik olaraq çox fərqli olduğunu izah etdi.
“Böyük Britaniyada keçi südü üçün heç bir standart qiymət yoxdur. Buna görə bazar sabitliyini qorumaq üçün həcmləri idarə etmək çox vacibdir, əks halda yalnız bir seçim var – südü tullamaq”.
İctimai yemək sektorunda bazar payının itirilməsi ilə yanaşı, istehlakçıların alış vərdişlərində də kəskin dəyişiklik baş verdi. Belə ki, insanlar keçi südü məhsullarından imtina edir, pula qənaət etmək üçün daha ucuz inək südünü seçirlər və bu da satışa ciddi təsir göstərir.
Keçi südünü necə sata bilərəm?!
Wateringe əlavə etdi: “Çox güman ki, bu mövcud vəziyyətin istehlakçıların yeni pərakəndə alış-veriş vərdişlərinin yaranmasına səbəb olacaq. Məsələn, bundan sonra alıcılar camış südü kimi baha qiymətli məhsullara xərcləmələrini azaldacaqlar. Və əlbəttə bu da bazarın bərpa tempini yavaşlatacaq. “
Həmçinin keçi qiyməti də ucuzlaşıb. Əvvəllər, koronavirusdan əvvəl, premium restoranlar onları 150-180 funt sterlinqdən (320-380 manat) alırdılarsa, amma indi keçi qiyməti 60 funt sterlinqə (130 manat) qədər enib. Yəni fermerlər heyvanlarını maya dəyərindən də aşağı satmağa məcbur qalırlar.
Keçi südü bazarındakı məlumatlar göstərir ki, həftədə təxminən 8000 litr süd (ümumi tədarükün 14% -i) zay olaraq atılır. Həmçinin heyvanların süd verən keyfiyyətli keçilərin azalması səbəbindən, süd istehsal hər ay 20.000 litrə qədər azalır.
