Bozax və Caro qoyunu

bozax qoyunu haqqında

Bozax qoyunu: Qərbi Azərbaycanda, qismən şərqi Gürcüstan və ermənistanın bir sıra rayonlarında yayılan bozax qoyunu qədim, həm də yerli Azərbaycan qoyun cinslərindən biri sayılır. Vaxtilə GəncəQazax qəzalarında daha çox inkişaf tapan bozax qoyun cinsi ətlik, südlük, yunluq və satış üçün bəslənmişdir. Bozax qoyununun yunu əsasən boz, nadir hallarda ağ, qəhvəyi rəngdə olur. Çox güman ki, onun rənginin bozluğu nəzərə alınaraq ona bozax qoyunu adı verilmişdir. Bu cins qoyunların diri çəkisi əsasən 5065 kq-a qədər olur.

Bu qoyunlar yerli dağ və dağətəyi iqlim, əsasən köçəri və yarımköçəri sürülmə şəraitinə uyğunlaşmışlar. Bozax cinsindən olan qoyunlar 400-500 km uzaq məsafədə yerləşən qış otlaqlarına və Kiçik Qafqaz dağlarında  yerləşən yaylaqlara sürülməyə dözümlüdürlər. Əhalinin qoyun ətinə, quyruq yağına, motal pendirinə və süd məhsullarına, həmçinin  qaba və yarımqaba yuna olan tələbatını nəzərə alaraq, fermerlərin və kəndli təsərrüfatlarının özləri bu zona üçün əlverişli olan  qoyun  cinslərini  seçib yetişdirirlər.

Caro qoyunu

Azərbaycanın cənub-şərqində, xüsusilə Lənkəran zonasında yayılmış qoyun cinsi caro və ya carov adlanır. Bu qoyunlar rütubətli subtropik  iqlim şəraitində saxlanılmağa uyğunlaşmışlar.

Bu cins meşəlik zonanın şəraitinə daha çox uyğunlaşan heyvandır. Caro qoyun cinsi ləzgi qoyununa daha çox oxşayır. Lənkəranda qədim qoyun cinsi olan caro əti, südü və yunu etibarilə az çəkili olub, o qədər də sərfəli qoyun cinsi sayılmır. Lakin bu cins dağ şəraitinə daha uyğun gəlir. Sağım müddətində 50-60 l süd, qırxımda 2-2,4 kq-a qədər yun verir. Caro qoyununun çəkisi 50 kq-a qədər, rəngi isə əsas etibarilə ağ, ağ-qəhvəyi və qara rəngdə olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика