Bu bitki digər bitkilər üçün dərmandır
Bu günə qədər darçının bir çox faydasını eşitmişik, amma darçının bitkilərə də yararlı olduğunu bilirdiniz?
Modern.az a istinadən xəbər verir ki, dibçəkdə və həyətdə bitki yetişdirənlər üçün darçın istifadə etmələrini gərəkdirəcək beş səbəb var.
Bitkinin kökünün böyüməsini sürətləndirir.
Əgər yeni bir dibçəyə başqa bir bitki əkəcəksinizsə, kimyəvi maddə istifadə etməyinizə ehtiyac yoxdur. Əkəcəyiniz kökü darçına basdırın və elə əkin. Belələliklə, həm cibinizə qənaət edəcəksiniz, həm də tez bir zamanda kökün inkişaf edib böyüdüyünü görəcəksiniz. Bitki inkişaf edərkən göbələk təhlükəsi də aradan qalxacaq.
Bitkiləri sağaldır

Bəzən ən sevdiyimiz çiçəklərin yarpaqlarında çürüklərin yarandığını görürük. Çürükləri yox etmək üçün darçını həmin bölgələrə tökün. Bitki qısa zamanda əvvəlki vəziyyətinə qayıdacaq.
Həşəratları uzaqlaşdırır
Bitkilərinizə qarışqalar daraşırsa, onları darçınla uzaqlaşdıra bilərsiniz. Tək etməniz lazım olan, həşəratlar və qarışqalar zərər verdiyi bitkinin torpağının ətrafına çəmbər şəklində darçın tökməkdir. Bundan sonra həşəratlar bitkinin yanına belə yaxınlaşmayacaqlar.
Göbələk xəstəliyini əngəlləyir
Bitkilərdə də göbələk xəstəliyinə rast gəlinir. Göbələk xəstəliyi olan bölgələrə darçın tökmək lazımdır. Göbələk bitkiyə torpaqdan keçibsə, torpağa da darçın tökmək lazımdır.
Xəstəlikləri öldürür
Bitkilər xəstələndikləri təqdirdə solurlar. Tamamilə əzilmiş halda 2 aspirin, bir yemək qaşığı darçın və yarım litr suyu qarışdırın. 12 saat boyunca gözlədin. Qarışımı daha sonra sprey şişəsinə tökün və bitkinizin üzərinə sıxın. Qısa müddətdə bitki yaxşılacaq.