Bu il cənub bölgəsində çəltik üçün əkin sahələri xeyli artırılıb

Respublikamızın, xüsusiylə cənub regionu əhalisinin milli xörəklərinin hazırlanmasında düyü məhsulundan çox istifadə edilir. Düyünün Azərbaycanda yayılma tarixi min ildən çoxdur. 1913-cü ildə Azərbaycanda 47,1 min hektar çəltik əkilmişdr. Respublikamızın ərazisində keyfyyəti ilə müsabiqələrdə dəfələrlə fərqlənən «Ağ ənbərbu”, “Çampo”, “Vilgəri”, Yetim”, “Lənkəran sədrisi”, “Ağ qılçıqlı» və digər ata-baba sortları becərilmişdır.

çəltik emalı

Çəltikçilik Ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrindən biridir. Çəltikçiliyin inkişafının təmin edilməsi dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” bu sahədə fermerlər və məhsul istehsalçıları üçün geniş imkanlar açıb.

Çəltikçiliyin təşkilində əkin üçün sahənin seçilməsinin böyük əhəmiyyəti vardır.

Əkin üçün nisbətən relyefi hamar olan sahələr seçilməlidir və bu zaman suvarma suyu ilə təminat nəzərə alınmalıdır. Çünki çəltik su sevən bitkidir.

Lənkəran-Astara zonasında subtropik torpaq-iqlim şəraitində yetişdirilən düyü dadı və xüsusi ətrinə görə dünyada yetişdirilən düyülərdən fərqlənir.

Göstərilən dəstəyə və tələbata uyğun Lənkəranda çəltik sahələri ildən-ilə genişlənir. Bu il rayonda 730,5 hektar sahədə çəltik əkini aparılıb. Məhsuldarlığın 40 sentner, düyü istehsalının isə 2900 tondan çox olacağı gözlənilir.

Masallı rayonunda bu il 253,9 hektar sahədə çəltik əkilib. İndiyədək 222,4 hektara yaxın sahədə biçin aparılıb. Sahələrdən, ümumilikdə, 759,50 tondan çox çəltik yığılıb. Rayonda çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları bu il məhsuldar “Apollo”, “Okean” və “Haşimi” növlərinə daha çox üstünlük veriblər.

Çəltik əkini zamanı əkinçilər su sarıdan heç bir əziyyət çəkməyiblər.Əkin sahələrinin hər hektarından götürülən məhsuldarlıq 34,15 sentnerdir. Qeyd edək ki, ötən il Masallıda 217 hektar sahədə çəltik əkilib.

Astara rayonunda isə bu il  204,6 hektar sahədə çəltik əkilib. İndiyədək 199,6 hektar sahədə biçin aparılıb. Sahələrdən, ümumilikdə, 822,1 ton çəltik yığılıb.

Rayonda bu il fermerlər məhsuldar “Haşimi”, “Sədri” və “Apola” növlərinə daha çox üstünlük veriblər. Sahələrdə vaxtında lazımi aqrotexniki işlər görülüb, zərərvericilərə qarşı tədbirlər aparılıb. Bütün bunlar məhsuldarlığa müsbət təsir göstərib və çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 41,19 sentner olub.

Qeyd edək ki, 2019-cu ildə Astara rayonunda 237 hektar sahədə çəltik əkini aparılıb və bu sahələrdən 997 ton məhsul yığılıb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673