Bunları mətbəxdə də əkə bilərsiniz
Eyvanda, mətbəxdə əkin barədə eşitmisinizmi? Ruslarda bu çox yayqındır. Uzun keçən qış bəlkə də onları buna vadar edir. Tərəvəzin faydalarını hamımız bilirik. Süfrələrimiz hər zaman təzə tərəvəzlə zəngin olarsa ailəmiz də sağlam qalar. Bəs bəzi tərəvəzləri elə eyvanınızda yada mətbəxinizdə çox rahatlıqla yetişdirə biləcəyinizi bilirsinizmi? Biz tövsiyyə edək, siz isə xoşunuza gələni mətbəxdə əkin.
1. Bir dostumun gözəl sözü vardı: Süfrəsində soğan və sarımsaq mədəniyyəti olmayanların, tez-tez xəstələnməsi normaldır. Əgər soğanın kökünü stəkanda suya qoysanız yenidən böyüyəcək. Burda əsas şərt otaq yaxşı işıqlanmalıdır.
2. Sarımsağı da eyni qaydada cücərdib yetişdirə bilərsiniz. Böyüyən gövdələri qırıb istifadə edə bilərsiniz.
3. Kökün köklərini kəsib bir qabda suya qoysanız, sizi yaşıl göyərti ilə təmin edəcək.
4. Gül kələmini yarıya qədər suda dirçələnə kimi saxlayıb sonra torpağa əkə bilərsiniz.
Digər maraqlı ideyalar üçün bu bölümdəki məqalələrə baxa bilərsiniz.