Camış növləri və camış ətinin faydaları

Camış növləri

Boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid heyvan cinsi olan camış ən qədim zamanlardan Azərbaycanda əhilləşdirilib saxlanılır. Camışların dünyada 6 növü olub. Bu növlərdən yalnız Avropa və Amerika camışları bu günə qədər yaşamaqdadır.

camis agroexpert.az

Amerika camışı iri başlı, qıvrım buynuzlu, donqar belli, baş, boyun və ön ayaqları uzun tüklü, quyruğu qotazlıdır.  Sürü şəklində yaşayan 800-1500 kq ağırlığında bir heyvandır. 30-50 il arası yaşayır. Bu növün özü də üç cinsə bölünür. Amerika ovalıq camışı və Amerika meşə və dağ camışı.

Amerikanın tüklü vəhşi öküzü əvvəllər bu qitədə hədsiz çox idi. Sürü halında yaşayan bu camış növünə Amerika buffalosu və ya Amerika aran camışı da deyilir. Qaraya çalan tünd qəhvəyi rəngi olan bu heyvan cəsur və hiyləgər heyvandır. Əsəbləşdirilməsə insanı nadir halda hücum edir.

Əti və dərisi istifadəyə yararlıdır. Bataqlıq, ağacsız, otlaq əraziləri sevir.  Missisipi Vadisində böyük sürülər şəklində yaşayırdılar. Hindlilər üçün dəyərli yemək və geyim mənbəyi olublar.

Sonra ağdərililər tərəfindən şox sayda ovlandıladılar. Ağdərililərin Amerikaya gəlmədən əvvəl sayları 60 milyon olan camışlar bu gün artıq bir neçə yüzdür.

Nəsil tükənməsin deyə milli parklarda qorunur. Dişi erkəklərdən kiçikdir, ağırlığı 350-450 kq-dır.

Yetkin erkəklərin çənəsində uzun tüklü qara saqqal var. Çox az sayda meşə və dağlıq ərazilərdə yaşayan camış cinsi var.

Dağ camışları ovalıq camışlarından daha iri və uzundur. Nəsli tükənməkdə olan Avropa camışları isə Amerika camışlarından daha iri və dərisi daha qısa tüklüdür.

Camış ətinin faydaları
camış agroexpert.az

Sağlıqlı, faydalı ət yemək istəyirsizsə camış əti olaraq bilinən “buffalo” ətini tövsiyyə edə bilərik.  Camış ətinin tərkibi sink, niacin, dəmir, B6, selen kimi vitaminlər və minerallarla zəngindir. Selen, hüceyrələri sərbəst radikallardan qoruyur. Sink immunitet sistemini gücləndirir. Həm də saç dəri sağlamlığı və ümumi hüceyrə funksiyaları üçün vacibdir. Niasin bütün hüceyrələrdə enerji istehsal edir. Dəmir orqanizmanı oksigen ilə təmin edir. B6 vitamini fiziki və psixoloji sağlamlığı təmin etmək üçün əsas rol oynayır.

Camış əti proteini bol olan yağsız ət növlərindəndir. Camış ətində proteinin bol, doymuş yağsız olması dana əti ilə müqayisədə tam əks alternativ yaradır. Buffalo toyuq və balıq ətindən daha az kalori və xolestrin tərkiblidir.

Dana ətindən 76%, toyuq ətindən 68% daha az yağlı tərkibə malik olan camış əti miqdarından asılı olmayaraq insanı kökəltmir. Hətta həftəlik 150-200 qr protein almaq üçün ət növü olaraq yalnız camış əti ilə qidalansanız ay sonunda kiloqramınızda azalmanı özünüz də hiss edəcəksiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика