Çaytikanın faydaları nələrdir?
Bitkinin meyvə və yağının şəfaverici xüsusiyyəti aşkar olunandan sonra plantasiyalarda da yetişdirilməyə başlanılıb.
Tərkibindəki bioloji aktiv maddələr dəri yanıqları zamanı regenerasiya prosesini sürətləndirir. Çaytikanı yağı antibakterial təsirə malik olduğuna görə onun preparatları qızılı stafilokok, eşerixiya, protozoyların və hemolitik streptokokların inkişafına mane olur.
Tərkibindəki tokoferol maddəsi sayəsində qaraciyərin lipid-maddələr mübadiləsinə təsir edir. Lipidlərin hüceyrə membranında oksidləşmə-reduksiya proseslərinə təsir edərək bioloji membranı kimyəvi amillərin təsirindən qoruyur.
Bitkinin yağının istifadəsi yanıqda, trofik yara və ölü dəri epitelizasiyasına kömək edir. Yataq yarası, irinli yaraları tez sağaldır. Ginekologiyada uşaqlıq boynunun eroziyası, digər iltihabi xəstəliklər zamanı tətbiq edilir. Göz yanıqlarında terapevtik effektivliyə malikdir.Regenerativ tərkibinə görə oftalmologiyada gözün buynuz qişanın infiltirat dərəcəsini aşağı salmaq üçün çaytikanı yağından istifadə edilır. Çaytikanı yağı mədənin və onikibarmaq bağırsağın xorasının müalicəsində yüksək səmərə verir və mədə turşusunun tərkibi dəyişmir.
Lakin kəskin xolesistit, hepatit, pankreatit və digər mədəaltı vəzi xəstəliklərində, ishala meyllilik zamanı ondan istifadə etmək olmaz. Hiperasid qastritdə mədə şirəsinin sekresiyasını artırdığına görə yağından istifadə etmək əks göstərişdir.
Yaxşı yetişmiş meyvələr suyun içinə qoyaraq zəif ocaqda 20 dəqiqə bişirilir, əzilir, süzgəcdən keçirilir. Öz çəkisi qədər şəkər tozu əlavə edilir. Ağzı bağlı qabda saxlanır, yorğunluq və ümumi halsızlıq zaman jele şəklində qəbul edilir.
Mənbə: ©www.movqe.az