Cəbrayıl rayonunda kənd təsərrüfatı
Artıq 30 ilə yaxın bir dövr idi ki, Cəbrayıl rayonunu işğal olunmuş rayonlar siyahısında xatırlayırdıq. İnzibati mərkəzi Cəbrayıl şəhəri olan rayon 23 avqust 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal edilib.
04 oktyabr 2020-cı ildə rəşadətli milli ordumuz həmin ərazimizi işğaldan azad edib. Cəbrayıl rayonuna öz bayrağını sancıb. Bizə düşən həmin rayonları geniş şəkildə sizlərə təqdim etməkdir.

Işğal nəticəsində 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyən rayon sakinləri əvvəllər geniş şəkildə kənd təsərrüfatı ilə məşğul olublar. Böyük əkin sahələri və əlverişli iqlimi olan ərazidə əkinçiliklə yanaşı heyvandarlıqla da məşğul olublar. Zəngin relyef qatına sahib olan rayon ərazisində sement istehsalı üçün qiymətli xammal ilə, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur.
İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi. Son illər 60 min tondan yuxarı üzüm istehsal olunurdu. Rayonda üzümün ilkin emalı üçün zavod, tikiş, xalça, cihazqayırma sexləri, ümumiyyətlə 8 sənaye obyekti mövcud idi.
Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır.
2010-2018-ci illərdə Cəbrayıl rayon üzrə kənd təsərrüfatı statistikası

İşğaldan sonrakı dövrlərdə bizim nəzarətimizdə olan sahələrin kənd təsərrüfatına olan ümumi statistikası belədir:
Ölkənin 2010-2018-ci illərdə əsasən dənli və dənli paxlalı bitkilərin becərilməsinə daha çox üstünlük verilib. Pambıq və üzüm çox az şəkildə becərilib. Hətta pambığın becərilməsi 2016-cı ildə 58 ton qeydə alınıb. Statistikaya görə bostan bitkiləri 10 hektarı keçmədən becərilib. Işğaldan əvvəl əsasən üzümçülük sahəsinin öndə olmasına baxmayaraq 2010-2018 aralığında ən yüksək məhsuldarlıq 200 tonu keçir. Şəkər çuğunduru, kartof, tərəvəz bitkiləri müxtəlif illərdə artaraq 15-63 hektar ərazilərdə əkin aparılıb. Buğda əkini 2010-cu ildə 2100 ha əraziyə 4785 ton, 2014-cü ildə 2390 ha əraziyə 7120 ton, 2015-ci ildə 2370 ha əraziyə 7457 ton məhsul düşüb. 2016-2018-ci illərdə 2330 ha, 2354 ha, 2500 ha əraziyə 7460 t, 7745 t, 8375 t məhsul əldə olunduğu hesablanıb.
Əsasən xırdabuynuzlu heyvanlar üçün əlverişli şəraiti olan Cəbrayıl rayonunda 2018-ci ilin hesablamalarına görə 114686 baş xırdabuynuzlu heyvan qeydiyyata alınıb. Quşçuluğun da geniş inkişaf etdirildiyi bu rayon ərazilərində 130250 ədəd quş qeydiyyata alınıb. Arıçılıq ərazinin çox hissəsinin işğalda olması səbəbinə görə inkişafdan qalıb.
Məhsul olaraq süd məhsulları bu ərazidə daha çox əldə olunur. Statistikaya görə 2018-ci ildə 7895 litr süd qeydə alınıb. Ikinci məhsul olan yumurta 5030 min ədəddir