Çəyirtkələrə qarşı kimyəvi mübarizə

Şəkidə 417 hektar əkin sahəsində çəyirtkələrə qarşı kimyəvi mübarizə tədbirləri aparılıb. Onların qarşısının necə alındığını sizinlə paylaşırıq. Lakin başlamadan öncə,xatırkadak ki, ötən məqalədə kolorado böcəyinə qarşı  aparılan mübarizə tədbirlərini  qeyd etmişdik.

Hamı görüb çəyirtkəyi. Bəs onun dəqiq terminologiyasını bilirsiniz mi? Gəlin baxaq çəyirtkə nə deməkdir?

Çəyirtkə nədir?

Çəyirtkə – cırcıramaya oxşayan,uzun dal ayaqlarına dayanaraq uzağasıçraya bilən, böyük dəstələrlə uçub, bitkilərivə əkinləri məhv edən cücü – kənd təsərrüfatıüçün təhlükəli ziyanverici. Çayın otayındakı yoncalıqlarda çoxlu kəpənək vəçəyirtkə vardı. 

 

Çəyirtkələrə qarşı kiməyvi mübarizə aparılır..

Şəkidə 417 hektar əkin sahəsində çəyirtkələrə qarşı kimyəvi mübarizə tədbirləri aparılıb.

Şəkinin Acınohur, İncə və Səbətli kəndlərinin ərazisində İtaliya çəyirtkəsinə (Calliptamus italicus) qarşı fitosanitar monitorinq həyata keçirilib və kütləvi sirayətlənmə aşkar olunmuş  417 ha əkin sahəsində iyulun 5-də kimyəvi mübarizə tədbirlərlərinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən aparılan mübarizə tədbirlərində Artst (0,3l/ha) və Asetisuper (0,2kq/ha) insektisidlərindən istifadə edilib və yüksək bioloji səmərəlilik əldə edilib. İsçi məhlul kimi 200 litr su götürülüb. Vaxtında başlayan mübarizə nəticəsində meyvə bağları, qarğıdalı, tütün və bostan-tərəvəz sahələrinə vurulan ziyanın və İtaliya çəyirtkəsinin yumurta qoymaq mərhələsinin qarşısı alınıb.

Mübarizə tədbirləri başa çatıb

Mübarizə tədbirləri iyulun 13-də başa çatıb. 

Şəki Bitki Mühafizəsi Mərkəzi tərəfindən aparılan araşdırmalar zamanı çəyirtkələrin Gürcüstanın İori yaylasından Qax və Zaqatala rayonlarının arasındakı Qanıx və Alazan çayları vasitəsi ilə miqrasiya etdiyi müəyyən olunub.

İtaliya çəyirtkəsinin miqrasiyası axırıncı dəfə 2012-2014-cu illərdə baş verib.    Çəyirtkələr kütləvi çoxalan illərdə kənd təsərrüfatı bitkilərinə böyük ziyan  verir. Yovşan və yabanı dənli bitkilər olan çöllər, yovşanlı yarımsəhra yerlər və boş sahələr bu zərərvericilərin yaşayış yerləridir. Çöllərdə, qumlu və gilli  torpaqlarda yumurta qoyurlar. Çünki belə torpaqları günəş yaxşı qızdırır.

Kimyəvi mubarizəni həmişə küləyin istiqamətinə perpendikulyar şəkildə, sahənin qurtaracağında başlamaq lazımdır. Mübarizə zamanı küləyin sürəti 5m/san-dən çox olmamalı, traktorun hərəkət sürəti isə 7 km/saat olmalıdır. Dərman preparatları kənarda həll edilib tokulməlidir.

Mənbə

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673