Ceyran, cüyür və maral: fərqlərini bilirsinizmi?

Şəxsən mən özüm elə zənn edirdim ki, ceyran dişi, maral isə erkəyə deyilir. Əslində isə belə deyilmiş. Maral və ceyran doğulanda bir-birilərindən seçilmir. Bu heyvanlar tamamilə ayrı cinslərdir. Gəlin bu fərqləri öyrənək.

Maral və ceyran fərqləri:

  • Maral-maralkimilər ailəsinə aid olub, gövşəyən, otyeyən və məməli heyvandır.
  • Ceyran-antiloplar cinsinə aid cütdırnaqlı, məməli heyvandır.
  • Marallar adətən cüt bala verirlər.
  • Maral ceyrandan daha iri olub, daha çox yaşayır.
  • Ceyran ortalama 10 il yaşayır və əhilləşdirilməsi mümkündür.
  • Marallar isə 30 ilə qədər yaşaya bilirlər.
  • Dünyada 50 növ maral növü mövcuddur.
  • Ceyran çox sürətlidir, saatda 100 km sürətlə qaçabilir.
  • Ən iri maral növü Sağandır.

Ceyrana qazel və ya ahu deyə də müraciət edilib. Qazella cinsi adını ərəb dilində qazal (ceyran) sözündən götürüb.

Cüyür isə marallar fəsiləsinə aiddir. Balacaların yadında asan qalmağı üçün deyə bilərik ki, cüyür ən xırda maraldır.

maral və ceyran

Saytımızda heyvanlar haqqında maraqlı məlumatlar çoxdur, bu bölümdən daha geniş oxuya bilərsiniz.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

One thought on “Ceyran, cüyür və maral: fərqlərini bilirsinizmi?

  • İyul 28, 2020 at 11:25 səhər
    Permalink

    o ceyran yerinə şəklini qoyduğunuz ceyran deyil. ana marql və balasıdır. lütən onu dəyişin.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика