Cirə nədir və necə istifadə olunur?

Azərbaycan dilində cirə, türkcə kimyon, ingiliscə cumin dedikləri bu ədviyyat olduqca faydalır. Vətəni Hindistan olan bu bitki adını da orda almışdır.. Jeera..

İndi ölkəmizdə, bizə yaxın bölgələrdə, Türkiyədə yetişdirilir. Bizlər əsasən bu bölgədə yetişdirilənləri istifadə edirik. Bölgənin torpağından asılı olaraq bu tərəflərin cirəsi Hindistan cirəsindən dadı ilə fərqlənir.

Cirə nədir və necə olur?

Zəif budaqlanan mil kök sisteminə malikdir. Gövdəsi düz, dairəvi, uzununa qırışlı, qısa tükcüklü, budaqlanan 25-60 sm hündürlükdədir.

cirə nədir. haqqında nə bilirik. zirə yoxsa cirə
  • Aşağıdakı yarpaqları uzun saplaqlı, bütöv və ya bölünmüş, dairəvi və ya tumurcuq şəkilli, kənarları dişli, orta yarpaqları qısa saplaqlı;
  • Yuxarı yarpaqları isə oturaq, üç və ya beş bölümlü, xətti bölünmələrə güclü ayrılmışdır.
  • Gövdəsinin zirvəsində çətir şəklində yerləşən ağ rəngli çiçəkləri vardır.
  • Çiçək qrupu və çiçəyin hissələri keşniş bitkisində olduğu kimidir.
  • Meyvəsi qabırğalı, zəif tükcüklü, iki toxumlu, dimdikli yumurta formalıdır.

Cirə necə istifadə olunur?

Qurudulmuş toxumları istər bütöv, istərsə də üyüdülmüş şəkildə istifadə olunur.

Başqa ədviyyat və ətirli otlarla birgə istifadəsi.

Razyana, hillə, darçın, kişniş toxumu bir-birlərinə çox yaraşırlar. Qoğalın içindəki razyana ilə unudulmaz dad yaradır.

Cirənin faydaları nələrdir?

  • Dəmir mənbəidir. Anemiyası olan xəstələrə kömək edir. Bu dəmir sayəsində xəstədəki qanazlığını müalicə etməyə köməkçi olan hemoqlobini artırır və eyni zamanda bədənin hüceyrələrlə oksigen daşıma vəzifəsini boynuna götürür.
  • Qanda şəkərin səviyyəsini​ nizamlayır. Şəkərin aşağı səviyyəsinin balansına kömək edir. Bu xüsusiyyəti sayəsində xüsusilə diabet xəstələri üçün böyük bir fayda təmin edir.
  • Cirə xərçənglə mübarizə aparır. Cirənin ehtiva etdiyi antioksdiant kompleksi ümumi mənada sərbəst radikalların varlığına son verərək ağ xərçəngə tutulma riskini azaldır. Xüsusilə cirə otu kolon və sinə xərçənginə tutulma riskini azaldır.
  • Astma ilə mübarizə aparır. İltihab prosesləri və astmaya səbəb olan digər faktorları azaldır.
  • İmmuniteti gücləndirir. Antioksdiant ehtiva etdiyi üçün immun sistemini xəstəliklərlə mübarizə etməsini təmin edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика