Dana dili ilə ləzzətli yemək resepti!

Dana dili qaynadılmış, turşu, qovrulmuş və ya sousda bişmiş halda yeyilə bilər. Dana dili dünyanın bir çox mətbəxlərində istifadə olunur. Meksikada “Tacos de Lengua” adlanan taconun içinə qoyulub yeyilir. Fransa və Belçikada “Madeyra” adlanan sous ilə verilir. Koreya və Yaponiya kimi ölkələrdə restoranlarda dana dilinə çox üstünlük verilir. Həmçinin İsraildə “Sukkot” bayramında da dana dili yemək ənənədir.
Dana dilinin 72%i yağdır. Tərkibində sink, dəmir, xolin və B12 vitamini kimi faydalı maddələr də var.

Dana dili bişirmək üçün ədviyyat

Qurudulmuş dəfnəyarpağı, qurudulmuş bibər, yağ, soğan və göbələk, mal əti bulyonu, duz və qara istiot lazım olacaq.

Bişirilmə qaydası

Əvvəlcə dili ədviyyatlarla 3-4 saat qaynatmaq lazımdır. Bir az soyuyandan sonra dərini soyub dilimləyirik.
Sousu hazırlamaq üçünsə soğan və göbələyi yağda bişirib bulyon, duz və qara istiotu əlavə edirik.
Doğranmış əti bu sousla birgə yarım saat qaynadırıq.
Yeməyi təqdim etmək üçün dilimləri boşqaba düzüb üzərinə sousu tökmək kifayətdir.

Qaynaq.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика