Doqquz ayda inək və camışların sayında artım olub
Cari il oktyabrın 1-i vәziyyәtinә ölkә üzrә 2 milyon 665 min baş iribuynuzlu mal-qara (o cümlәdәn 1 milyon 286,7 min baş inәk vә camış), 8 milyon 308,6 min baş qoyun vә keçi mövcud olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qoyun vә keçilәrin sayı 143,3 min baş (1,7 faiz) azalıb.
İribuynuzlu mal-qaranın ümumi sayında da 4,4 min baş (0,2 faiz) azalma müşahidә olunsa da, inәk vә camışların sayı 2,7 min baş (0,2 faiz) artıb.