Dovşan fermasının qurulması üçün nələr lazımdır?

Dovşançılıq ən gəlirli və ən asan olan təsərrüfat növlərindən biridir. Xüsusən də heyvandarlıqdan anlayışı olan adamlar bu təsərrüfatdan yaxşı qazanc əldə edə bilərlər. Bilik və bacarıqları öyrənərək dovşan ferması qura bilərsiniz.

Bu sizdən çox böyük vəsait tələb edən bir təsərrüfat da deyil. Dovşançılığa 4 erkək, 6 dişi dovşan və qəfəs ilə öz həyətinizdə də başlaya bilərsiniz. Əgər əlinizdəki imkan fürsət verirsə, daha böyük başlanğıc edə bilərsiniz. Bu məqalədə sizə dovşan ferması qurarkən nələri bilməli və nələrə diqqət etməli olduğunuz haqqında tövsiyyələr verəcəyik.

dovşan ferması agroexpert.az
Dovşan fermasının gəlirli və müsbət cəhətləri bunlardır:
  • Dovşanlar təbiətdə tez çoxalırlar (artırlar)
  • Dovşan ətinə çox tələbat var, çünki tibbi olaraq qırmızı ətdən daha çox tövsiyə olunur.
  • Dovşanların ölüm riski aşağıdır.
  • Dovşanlar aqressiv canlılar deyillər və onlara qayğı göstərmək asandır

Bütün fermaların şablon iş planı olur. Bu dovşan fermalarına da aiddir. Sizə 6 əsas maddədən ibarət olan şablon iş planını təqdim edirik.

1 – Sizə lazım olacaq bütün avadanlıq və ərzaqların hesabını tutun

Bu işə sərmayə qoymağı düşünürsənsə, lazım olan bütün avadanlıq və ərzaqları ən sərfəli qiymətə necə alacağınızı öyrənin. Dovşanlar, qəfəslər, yemlər, konsentratlar və s. Bütün bunları xammal kimi düşünməlisiniz, çünki hamısına ehtiyacınız olacaq.

2 – Dovşan baxımı ilə bağlı bütün əsas məlumatları öyrənin

Lazımsız itkilərindən qaçmaq üçün xəstəliklərin və digər ölüm səbəblərinin qarşısını almaq çox vacibdir. Geniş yayılmış xəstəliklərdən və narahatlıqlardan tutmuş hamiləlik dövründəki yemləməyə  qədər hər şeyi öyrənməlisiniz. Bu məlumatları onlayn araşdırmalar nəticəsində və ya bu işdə təcrübəli olan adamlardan öyrənə bilərsiniz.

agroexpert.az ferma tikintis ferma biznesi

3 – Maddi vəziyyətinizi, gəlir və xərcləri daim nəzarətdə saxlayın

Dovşanları ticarət miqyasında yetişdirmək üçün  iş planı hazırlamalısınız. Maliyyə xərcləriniz və gəlir potensialınız kimi bütün mümkün detalları nəzərə almalısınız.

4 – Dovşanları harada saxlayacağınıza qərar verin

Dovşanlar üçün yer seçimi diqqət yetirməli olduğunuz ən vacib məsələlərdən biridir. Dovşanları saxladığınız yerin yetərincə geniş olduğundan əmin olmalısınız, çünki onların çoxalması bundan aslıdır.. Bundan əlavə, dovşan qəfəsləri yağışdan və birbaşa günəş şüalarından qorunan yerdə olmalıdır.

5 – Dovşanların yemlənməsi

Dovşan həm yemlərlə, həm də kartof, kol, yarpaq və bitki kimi otlarla qidalana bilər. Dovşanları gündə ən azı iki dəfə yemləmək lazımdır. Dovşanların 24 saat ərzində təmiz içməli suyu olmalıdır. Su və yem  qabları mütəmadi olaraq təmizlənməlidir. Yemlərin ziyan olmaması üçün gündəlik istehlak miqdarını hesablaya bilərsiniz. Dovşanların yemləməsi ilə bağlı ayrıca  geniş məqaləmiz olacaq

Dovşanların çoxalması

Dovşanlar təbiətdə asanlıqla çoxalırlar və doğuşdan sonra tez bir zamanda hamilə qala bilirlər. Hamiləlik müddəti 31 gündür və normalda 6-10 körpə dovşan doğula bilir. Dovşanlar bir ildə yeddi dəfə doğuş edə bilərlər. Hər dişi dovşan ildə 50 dovşan doğa bilər.

6 – Dovşanlarınızı satın

İş planının son maddəsi isə böyütdüyünüz dovşanları satmaqdır. Dostlarınız, ailəniz, həmkarlarınız, restoranlar, kafelər sizin müştərinizə çevrilə bilərlər.

Dovşan ətinin  qidalandırıcı dəyərini, həmçinin iqtisadi əhəmiyyətini ətrafınızdakı insanlara izah edin. Marketinq strategiyasını və tələb səviyyəsini bilmək lazımsız xərclərdən və ziyandan xilas olmağa kömək edir.

Dovşançılıqla bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика