Dünyanın ən qeyri adi bitkiləri
Diqqətimizi çəkən qeyri-adi quruluşa və eyni zamanda gözəlliyə malik olan canlılar – bitkilərdir. Bitkilər aləmində rast gəldiyimiz simmetriya və ideal forma isə hər bir perfeksionistin, gözəllik və zəriflik aşiqinin arzusudur. Bəlkə də, təbiət düz xətləri sevmir, amma simmetriya və fraktallara qarşı, həqiqətən də, çox həssasdır.
Dünyanın ən dözümlü bitkisi: Velvicia Mirabilis
Namibiyada yetişən bu bitki 400-1500 il müddət yaşaya bilir. Hündürülüyü 2 metri keçməyən Velviçia Mirabilisin eni 8 metrə qədər çatır. Quraq iqlimə boyun əyməyən bitki yağış suyu olmadan 5 il sağ qala bilir. Belə ki, kökü torpağın dərinliklərinə çatan Velviçia Mirabilis ehtiyacı olan suyu yeraltı su yataqlarından əldə edir.
Milçəkqapan
Bu bitki həssas tələləri ilə ən məşhur ətyeyən bitkidir. Məşhur olsa da, nəsli kəsilmək təhlükəsi vardır. İkiqapaqlı tələləri kiçik toxunuşa da reaksiya verir. Bu reaksiya nəticəsində qapaqlar bağlanır və bitki şikarının şirəsini sormağa başlayır. Adının Milçəkqapan kimi adlandırılmasının əsas səbəbi bitkinin qurbanları içərisində milçəklərin çoxluq təşkil etməsidir.
Dünyanın ən böyük çiçəyi: Rafflesia Arnoldi
Vətəni İndoneziya olan bu bitkinin çiçəyinin eni 1 metrə çatır. 7-11 kq ağırlığında çiçəyə sahib bitki, əsasən, tropik meşələrdə yetişir. Bitkinin çiçəklərinin ömrü 3 həftəyə qədərdir. İylənmiş ət qoxusu ilə ətrafdakı böcəkləri cəlb edən Rafflesia Arnoldi bununla toxumlarını ətrafa yayır.
Rəqs edən bitki: Desmodium gyrans
Məşhur bioloq Çarlz Darvin tərəfindən kəşf edilən bitki hərəkət edən yarpaqları ilə məşhurdur. Əsasən, günəşli günlərdə rəqs edən bitki rütubətli yerlərdə bitir.
Beyzbol topu bitkisi
Elmi dildə “Eyforbia obesa” kimi təqdim edilən bitki beyzbol topunu xatırlatdığı üçün, elə belə də adlandırılır. Vətəni Cənubi Afrikadır.
Milçəkyeyən (Drosera)
Milçəkyeyən üzərindəki yaş damcılar hesabına milçək və digər müxtəlif böcəkləri özünə cəlb edir və onlarla qidalanır. Bu bitkilər əsasən Cənubi Amerika bataqlıqlarında və cəngəlliklərində yaşayırlar.
Bənzərsizlik Psixotriyası (Psychotria Elata)
Dünyanın ən ehtiraslı gülü sayılır. Tünr-qırmızı rənginə görə el arasında bu gülə “isti dodaqlar”da deyirlər. Adətən isti və nəmişliyi sevən Bənzərsizlik Psixotriyası gülünə daha çox Mərkəzi və Cənubi Amerikada rast gəlinir.