Düzgün açar söz (keyword) seçilməsi
Əgər website sahibi isəniz və ya bir şirkətdə kontent menecer, jurnalist, SMM, SEO isəniz mütləq düzgün tag, keyword yazmağı bacarmalısınız. Tag və keyword seçiminin SEO üçün nə qədər faydalı olduğunu artıq çoxumuz bilirik. Tag və keyword seçimi üçün məsləhət və qaydalar, alətlər çoxdur. Amma mən bu məqalədə sizə düzgün sözlərin seçilməsi üçün qısa və rahat bir qayda izah edəcəm.
Məqsəd dünyanın ən yaxşı axtarış motoru olan Google-da ilk sıraya çıxmaqdırsa, elə google-ın bir imkanından istifadə edəcəyik.
Siz axtarış etdiyiniz zaman bəlkə də fikir verməmisiniz, amma google sizə axtarışda kömək eləməyə çalışır. Bunu o, sözü səhv yazmısınızsa “did you mean” kimi oxşar sözləri göstərməklə, vəya yazarkən yazınızın yanında (ya da səhifənin ən altında) bu sözlə ilgili ən çox axtarılan sözləri ekrana çıxarmaqla edir.
Məsələn, keçi biznesi ilə əlaqədar söz axtarmaq üçün keçi sözünü axtarış bölümündə yazarkən, qarşımıza google-ın bu sözlə ən çox axtarılan sözləri qarşımıza çıxardığını görəcəksiniz.
Bax elə bu Tag və keyword seçimi üçün ən güclü alət ola bilər. Sadə məntiqlə düşünsək, demək insanlar internetdə ən çox bunları axtarırmış. Və siz məqalənizdə bu sözləri həm mətn içərisində, həm tag, keyword, həm başlıqda hətta mətnə yerləşdirəcəyiniz şəkilləri belə adlandırarkən istifadə etsəniz, google bunların hamısını indeksində sizin saytın reytinqini qaldırmaq üçün nəzərə alacaq.
Burda bir nüans mütləq nəzərə alınmalıdır. Tag və keyword-ların seçimi qədər, sıxlığı da (tag density) önəmlidir. Açar sözləri spam kimi yerləşdirməyin, yoxsa google sizin indexi aşağı salacaq. Yəni gözündən düşəcəksiz 🙂 . Çalışın, həm mətn içərisində, həm tag kimi maximum 3-5-7 açar söz yazasınız. Sonda elə bu məqalə üçün açar sözlərin necə seçilməsinə diqqət edin.
Əlavə olaraq da bir örnək yerləşdirirəm daha aydın qavramağınız üçün.Youtube-dan video yükləmə sözünü axtarışa verəndə, insanların bununla bağlı ən çox axtardıqları bənzər açar sözləri həm yuxarıda, həm də səhifənin sonunda sizə təqdim edəcək…
Tural Nağı B.
Hərşey aydındır. Təşəkkürlər ! 🙂