Düzgün qidalanma: nə, nə vaxt və nə qədər

İstehlak sənayesi çoxdaaan düzgün qidalanma ənənələrimizi pozub, sıradan çıxarıb. Bu sözü çox eşidirik, köhnə nəsil daha sağlam olurdu. Bu doğru təsbitdir. 3-4 faktor var ki, müasir insanımızı şikəst edir.

Düzgün qidalanma
Bu qidaları qətiyyən birlikdə yeməyin!
  • Saf su az içirik
  • Hərəkətsizlik
  • Düzgün qidalanmama 
  • Əsəb.

Bunlardan ən vacibi düzgün qidalanmadır şəksiz. Məsələn, adi köp çox rahatlıqla bizim kefimizi pozub, əsəb və narahatçılıq yarada bilir. Düzgün qidalanma haqqında bir çox məqalə yazılır. Əsasən nəyin faydalı olduğunu araşdırırıq. Bəs qidalanma zamanları önəmli deyilmi? Vəya məhsulların faydalarını bilirik, amma ondan nə qədər və nə zaman istifadə edəndə daha effektli olur?

Düzgün qidalanma

Standart qidalanma rejimi gündə 3 dəfədir. Çox yanlış düşüncə var ki, gündə bir dəfə yeməklə daha tez arıqlayaram. Adətən belə eksperimentlər stress və sağlamlığımıza zərərlə bitir.

Son dövrlər 3-4 saatdan bir qidalanma tövsiyyə edilir. Bu yağların əriməsini yaxşılaşdırır, qandakı insulin artığını atmağa səbəb olur, leptinə (enerji alış-verişi hormonu) imkan verir ki, öz sehrini göstərərək iştah və metabolizmaya (maddələr mübadiləsi) nəzarət etsin. Həmçinin stress hormonu-kortizolun balansda qalmasına nəzarət edir.

Qəhvəaltı önəmlidir və vacibdir. Səhər yeməyi maddələr mübadiləsini sürətləndirir. Əgər səhər yeməsəniz, tezliklə acacaqsınız və daha çox yeyəcəksiniz.

Yuxuya 1,5-3 saat qalmış qidalanmayın. Yuxu öncəsi yemək bədən tempraturunu qaldırır, qanda şəkər və insulini artırır, böyümə hormonu və melatonin istehsalını azaldır. Bunlar isə pis yatmağa, dolayısı ilə yağların pis əriməsinə (hansı ki, biz yatanda baş verir) səbəb olur. Sabahkı gün daha çox yeyəcəyik. Axşam yeməyə məcbur olsanız yağsız və proteinsiz qida tükətin.

Burda bir qeyd edim, axşam yatarkən su içmək, qatıq yemək, limonlu su içmək yatarkən çox yaxşı istirahət etməyə səbəb olur.

Bədən necə dincələ bilər ki, bütün gecəni yediklərinizi həzm etməklə məşğul olacaq?! 

Günə zülallar (protein) ilə başlayın. İştahınıza nəzarət eləmək üçün səhərlər zülal, nahar və şamda isə karbohidrat tükətin. Səhər qayğanaq çox yaxşı seçimdir.

Acqarnına idman etməyin. Ümumiyyətlə, yuxu və idmana eyni yanaşma edirəm hər zaman. 1 saat əvvəl və 1 saat sonra qida tükətməməyə çalışıram. Ürəyə çox zərərlidir. Məşqə ac getməmək üçün banan, fıstıq yeyin.

Qidalanma sırası. Yemək zamanı öncə zülallı qidanı yeyin, sonra qalan yeməkləri. Zülal beynə siqnal göndərir ki, doydum. Ona görə az yemək daha asan olacaq.

Gecə içki içmək də iştah açır və əlavə qidalanmağa səbəb olur. Bu isə yuxarıda dediyimiz kimi, yuxunu pozur.

Əlavə də qeyd edim ki, qidalarımızın çoxu faydalıdır. Amma biz çox yeyirik, vaxtlı-vaxtsız yeyirik və qarışdırırıq deyə o faydalı qidalar zəhərə çevrilir. Düzgün qidalanma zamanları haqqında əlavə material yerləşdirəcəyik.

Saytımızın bu bölümündə meyvələrin faydaları haqqında oxuya bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика