Əkinçilikdə gəlirli sahələrdən hesab olunur
Vətəni Cənubi Amerika olan bibər ispanlar tərəfindən Avropaya gətirilib və qısa zamanda tropik və subtropik ölkələrdə yayılıb. Müxtəlif rənglərdə olan acı və şirin bibərlərdən tərəvəz və ədviyyat kimi istifadə olunur. Əkilib becərilməsi Şəmkir rayonunda da geniş yayılan bibərdən ədviyyat kimi, salatda və müxtəlif yeməklərdə işlədilir.
Şəmkir rayonunun Sarıtəpə kənd sakini, sahibkar Əli Ələkbərov deyib: “50 sot sahədə bibər əkmişəm. Sahədə acı, şirin və qırmızı bibər becərmişəm. Əkinə bol su verildiyindən və aqrotexniki qulluq göstərildiyindən yaxşı məhsulumuz var. Təxminən hər yığımda 200-250 manat qazanc götürürük və ailəmizin dolanışığını təmin edirik.”
Bibər xüsusilə C vitanimi ilə zəngindir. İştahı açır, mədəni qüvvətləndirir, həzmi asanlaşdırır. Qırmızı bibər nəfəs yollarını açır, bronxit və qrip kimi xəstəliklərdə faydalıdır. Ürək xəstəliklərinə qarşı qoruyucudur. Müsahibimiz bildirir ki, bibər əkində xəstəliklərə yoluxmur. Onun əkilib becərilməsində heç bir kimyəvi dərmandan istifadə olunmur. Yalnız bol su sevir. Əkin sahəsi suvarıldıqca məhsul bol olur. Mayda əkilən sahədən dekabrın axırına qədər məhsul yığmaq mümkündür. Bu da əkinçilikdə gəlirli sahə hesab olunur.
© Azərtac
Neçə dəfə məhsul yığılır hər sezonda?