Ən çox saxlanılan keçi cinsləri
Keçi cinsləri və xüsusiyyətləri
Boşbuynuzlular fəsiləsinə aid olan keçilər dünyada ən çox saxlanılan təsərrüfat heyvanlarındandırlar. Yerli, xarici cinsləri olan keçinin fərqli xüsusiyyətləri var. Əsasən süd və ət faydalılığına görə bölgülər aparılır.
Keçilərin xüsusiyyətləri
Keçilər təbiət şərtlərinə dözümlü olan heyvan növləridir. Cəsur bir xarakterə malikdirlər. Yunu, südü, dərisi üçün yetişdirilir. Post adı verilən şubası satılır. Keçinin yeni doğulmuş balasına oğlaq, erkəyinə isə təkə deyilir. Buynuzlu heyvan növləri arasında yer tutur. Əsasən çanta və ayaqqabı sənayesində keçi yunundan istifadə olunur.
Bugün Sizlərə Türkiyədə və dünyada yetişdirilən və saxlanılan ən yaxşı keçi cinslərindən bəhs edəcəyik. Bunların bəziləri mələz, bəziləri isə safqan keçi cinsləridir.
Türkiyədəki keçi irqləri
Dünyada ev heyvanları kateqoriyasında yer alan keçi iqtisadi olaraq çox böyük önəmli yerdədir. Dünyada saxlanılan keçi cinsləri arasında Türkiyədə yetişdirilən cinslər də var.
Saqqallı keçilər, Angora keçiləri və Kilis keçiləri bu kateqoriyadadır. Bu keçi növləri arasında olan saqqallı keçilər çox vacib bir yerdədir. Əsasən Aralıq dənizi və Egey bölgəsində yetişdirilən bu keçi növü, Türkiyədə ən çox saxlanan növlər arasındadır. Ümumiyyətlə qara, ağ, boz və ya qəhvəyi rənglərdə olurlar. Dözümlü keçi növü kimi tanınan saqqallı keçi bol südlüdür. Bundan əlavə, yun istehsalı da çoxdur.
Kilis Keçisi
Türkiyə sərhədləri daxilində olan bu cins Gaziantep, Hatay və Kilis bölgələrində saxlanılır. Digər adı Şam keçisi olaraq tanınır. Mələzləşmə ilə yaranıb. Əsasən həyətlərdə saxlanılır. Çox böyük qismi qara rəngli olur. Uzun qulaqlı, uzun tüklü, inkişaf etmiş bir əzələ sisteminə sahibdir. Yaxşı bəsləndiyi təqdirdə 500kq ağırlıqda olur.
Ankara keçisi olaraq adlandırılan bu cins türkiyədə ən məşhur cinsdir. Ancaq iqtisadiyyatın zərər görməsinə görə bu keçi cinsi azalır. Ağ rəngli olan bu keçi cinsi balacadır. Sağılmır. Əsasən əti dadlı olur. Az artan və gec böyüyən bir cinsdir.
Homanlı keçisi
Honamlı keçisi isə təmiz Türkiyəyə aid bir cinsdir. Əsasən Aralıq dənizi bölgəsində yerləşən Antalya, Konya və Isparta əyalətlərində yetişdirilir. Qara rəngdə olan bu keçi növünün ayaqlarında ağ ləkələr var. Gündəlik süd istehsal edən bir növdür. Ortalama süd məhsuldarlığı təxminən 1500 litirdir.
Dünyadakı ən çox saxlanılan keçi cinsləri
Dünyada yerli və xarici cinslərdə yetişdirilən keçilər çoxdur. Bu növlər arasında olan Boer növü keçi ət istehsalını üçün saxlanılır. Dünyada ən rahat şəkildə saxlanıla bilən cinslərdən biridir. Xəstəliklərə davamlı olmaq və hər cür iqlim şəraitinə uyğunlaşmaq kimi xüsusiyyətlərə malikdir.
Şam Hələb Keçisi
Bu cins Suriya, Livanda yetişdirilir. Başqa adla Damaskus keçisi olarak da adlandırılır. Südlük keçi cinsidir. Əsasən qəhvəyi rəngdədir. Uzun tükləri var. Təqribən 500 kq ağırlığındadır.
Saanen keçisi
Əsasən İsveçdə yetişdirilməkdə olan bu keçi cinsi dünyanın hər yerində var. Erkəkləri buynuzludur. Sırğalı bir keçi növü olması diqqət çəkir. Qısa və ağ rəngli tükləri var. Böyümə sürəti və məhsuldarlığı çox yüksəkdir. Tamamilə fərqli iqlim şəraitlərində böyüməyə bilir. Saanen keçi cinsi haqqında daha ətraflı bu məqalədən məlumat əldə edə bilərsiniz.
Alpin keçisi
Alpin keçi cinsi olduqca önəmlidir. Bu növ keçilər arasında ən vacibi Fransiz Alpinidir. Baş və qulaq orta böyüklükdə və dik qulaqları ilə seçilir. Bir çox rəngdə olur. 800 litrə qədər süd verə bilir.
Afrika Cücə keçisi
Afrika Cüce keçisi ise adından göründüyü kimi Afrika ölkələrində yetişdirilir. Afrika qitəsində təqribən 15 ölkədə bəslənilir. Qəhvəyi və qara ilə qarışıq rənglərdə yunu var. İldə iki dəfə balalaya bilir. Uzun ömürlü keçi cinsidir.
Ətlik və ya südlük istiqamətdə ən yaxşı keçi cinsi hansıdır?
Xüsusiyyətləri və yetişdirildiyi bölgələr arasında fərqliliyə nəzər yetirsək ən yaxşı cins keçilər xarici cins keçilərdir. Bu cinsdə olan Saanen keçisi ildə iki dəfə balalayır və əsasən üçüz doğur. Bu süd məhsuldarlığına yüksək dərəcədə təsir edir.
Bunlar arasında ən vacib ətlik keçi cinsi çox məhsuldar olan Boer keçisidir. Bu növdən başqa ət istehsalında daha yüksək göstəriciləri olan növ yoxdur.