Ən fərqli tort: Qarpız tortu

Yay mövsümün ən çox sevilən meyvələrindən olan qarpız, insan sağlamlığı üçün də çox faydalıdır. Qarpız, tərkibində olan AC vitaminləri sayəsində ürək və damar sağlamlığını qoruyur. Çəki atmaqla yanaşı orqanizmdə yağ yanmasını sürətləndirir. Bəs, bu qədər faydalı olan qarpızı fərqli reseptlərdə hazırlamaq istəyirsinizmi? Elə isə Agroexpert.az qarpızla olan ən fərqli reseptləri təqdim edir.

qarpız tortu hazırlanma qaydası

Qarpız Tortu

Tərkibi:

1 ədəd orta ölçülü qarpız

1 stəkan moruq

1/2 stəkan qaragilə

1 stəkan xırda doğranmış badam ləpəsi

 

 

Kremi üçün:

2 paket krem şanti

3 stəkan soyuq süd

Hazırlanma qaydası:

Qarpız tortu hazırlamaq üçün, ilk öncə qarpızı bol suda yuyun, alt və üst hissəsini kəsin. İti bir bıçaqla qarpızın kənarlarında olan qabıqlarını ağ hissələrinədək soyun. Daha sonra kiçik bir bıçaq köməyi ilə  qalan ağ hissələrini də kəsin. Qabıqları tamamilə soyulmuş qarpızdan ibarət olan tort kütləsi hazırdır.

Tortun kremini hazırlamaq üçün krem şantininin üzərinə soyuq süd əlavə edib mikserlə çalın. Hazır olan kremi soyuducuda gözlədin.

Tortu hazırlayacağınız boşqaba qarpızı yerləşdirin və kağız dəsmalla üzərindəki artıq suyunu qurudun. Soyuducudan çıxartdığınız kremi qarpızın üzərini tez bir şəkildə yaxın. Yan hissələrini də düzəldərək qarpızın görsənməməsinə diqqət edin. qarpız tortu hazırlanma qaydası

Tortun üzərini moruq və qaragilə dənələri ilə bəzəyin. Yan hissələrini xırdalanmış badam ləpələri ilə bəzəyin. Hazırladığınız qarpız tortunu 6-8 saatlıq soyuducuya yerləşdirin,daha sonra dilimləyib süfrəyə verin.

Qeyd: İki mərtəbəli qarpız tortu hazırlamaq üçün qarpızı iki hissəyə bölə bilərsiniz. Bu halda soyuducuda saxlama müddətini uzatmayın. Üzəri üçün moruq və qaragilə əvəzinə arzu etdiyiniz meyvələrdən istifadə edə bilərsiniz.

Nuş olsun!

 

Müəllif: Aysel Selcan

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика