Əncir mürəbbəsi resepti

İnternetdə rus dilində əncir mürəbbəsi axtarışa verdim, çıxan məhsulların 80-90%-i bədnam qonşularımızın brendi idi. Mənim şükür Allaha aşağılıq kompleksim filan yoxdur, amma bu Abşeron əncirindən hazırlanmış əncir mürəbbəsinə onların heç balı da çatmaz. ABAD layihəsindəki insanlar bu istiqamətdə bir şeylər eləməyə çalışırlar. Düşünürəm bizim əncir mürəbbələrini yaxşı qablaşdırıb Rusiya, Ukrayna və Avropa bazarlarına çıxarmaq yaxşı biznes ideya olar. Biraz da qiymət araşdırması etdim. 400 qramlıq əncir mürəbbəsi burda 3-4 Azn-dirsə, xarici bazarlarda 3-4 dollardır.
Aşağıda sizə əncir mürəbbəsinin nə qədər asan hazırlandığını da göstərmək üçün bir video və hazırlanma qaydası yerləşdirdim.

Tərkibiəncir mürəbbəsi

  • 1 kq əncir
  • 1 kq şəkər tozu
  • 0,25 stəkan su
  • bir az limon turşusu

Hazırlanması:

Əncirin qabığı soyulur, amma qabığlı da mürəbbə bişirmək olar.  Qabığından soyulmuş əncirin üstünə şəkər tökülüb bir neçə saat saxlanılır.  Bu müddətdə əncir şirəsini buraxır. Sonra zəif alov üzərinə qoyulur ¼ stəkan su (hər 1 kq-ya) tökülür. Bir saatadək bişirilir. Yaxşı olar ki üstündək yığılan kəfi tullayasız. Hazır olana yaxın limon turşusu ya limon şirəsi əlavə edilir (amma bu mütləq deyil).

Qeyd:

Video müəllifi onu da qeyd edir ki, qaşığın arxasına barmagınızla xətt çəkin əgər birləşməsə demək hazırdır.

 

Bu rubrikada digər biznes ideyalar ilə tanış ola bilərsiniz…

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107